15-05-2022, 16:18 1462

“Bakı Marafonu 2022” başa çatdı -

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

“Küləyə qalib gəl” şüarı altında keçirilən "Bakı Marafonu-2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib. Marafonda iştirak üçün Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan, çalışan əcnəbilər, eləcə də bir sıra ölkələrdən nümayəndələr də müraciət ediblər. Qeydiyyatdan keçənlər arasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar olublar.

Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib. Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olub. İyirmi bir kilometrlik məsafəni əhatə edən marafonda iştirakçılar Dövlət Bayrağı Meydanı - Dənizkənarı Bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı marşrutu üzrə yürüş ediblər.

Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. "Bakı Marafonu-2022"də daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak ediblər. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün verilib. Üçüncü start isə ümumi iştirakçılar üçün olub.

Marafonun qalibləri iki kateqoriya üzrə seçilib. Kişilər arasında rusiyalı Rinas Axmadeyev birinci olub. Türkiyə təmsilçisi Ömər Alkan yarışı ikinci, çexiyalı Vladimir Marçik üçüncü pillədə başa vurublar.

Qadınların mübarizəsində Ukrayna atleti Valentina Veretskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Dilek Öztürk və Valentina Poltavskaya (Ukrayna) ilk üçlükdə yer alıblar.

Marafonun qalibinə 3000, ikinci yeri tutan iştirakçıya 2000, üçüncü yerin sahibinə isə 1000 manat məbləğində pul mükafatlar verilib. Mükafatçılar, həmçinin medal və sertifikatlarla təltif ediliblər. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2022”nin xüsusi medalları ilə təltif olunub. “Bakı Marafonu-2022”də yeni nominasiyalar - qadın və kişilər arasında 5 yaş kateqoriyası (18-29, 30-39, 40-49, 50-59, 60+) üzrə qaliblər seçilib.

Bundan əlavə, qadın və kişi kateqoriyaları üzrə tələbələr arasında finiş xəttini ilk keçən “Gənc ol” (Azercell), eləcə də “finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “finiş xəttini ilk keçən korporativ iştirakçı”, “ən kreativ kostyum” nominasiyalarında da mükafatlar təqdim olunub. Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar veriləcək.

“Bakı Marafonu-2022”nin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub. Layihənin icrası Sport Marketing Group (SMG) şirkəti, sponsoru isə “Baltika 0” şirkətidir.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçirilir.

Qeyd edək ki, bu cür marafonlar indiyədək Barselona, Berlin, Boston, Çikaqo, İstanbul, London, Nyu-York, Paris və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir. Layihə Azərbaycanda region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci ildə Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.

 

whatsapp sharing button 
facebook sharing button 
twitter sharing button 
Paylaş

Xəbər lenti

Bakının 17 istiqamətində tıxac yaranıb Bu gün, 08:48 FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb Bu gün, 08:48 Bu ərazilərdə işıq kəsiləcək Bu gün, 00:48 "TikTok"dakı hədə-qorxu videosuna tələbələrdən REAKSİYA Dünən, 23:48 Yaxın 4 ildə ARDNF-dən büdcəyə transfert 9 milyard manata endiriləcək Dünən, 23:48 Azərbaycan iqtisadi fəaliyyət xərclərini 13 %-dən çox artırır Dünən, 23:48 Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü Dünən, 23:48 "Məni iki dəfə vurdu, sonra boğdu" - Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib? Dünən, 23:48 Azərbaycanın Polşadakı səfirliyi pasportların dəyişdirilməsi ilə bağlı qəbul keçirəcək Dünən, 23:48 Azərbaycan ümumi dövlət xidmətləri xərclərini cüzi azaldır Dünən, 22:48 Azərbaycan səhiyyə xərclərini 3 % artırır Dünən, 22:48 Azərbaycan mədəniyyət xərclərini 2 % artırır Dünən, 22:48 Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir Dünən, 22:48 Bəhlul yenə əməliyyat olundu - Nə vaxt yaşıl meydana çıxacaq? Dünən, 21:48 Dırnaq dibindəki qızartı ürək və qaraciyər xəstəliklərindən xəbər verə bilər Dünən, 21:48 Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır Dünən, 21:48 Azərbaycanda 2027-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb Dünən, 21:48 Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini 1 % artırır Dünən, 21:48 Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi cüzi artırılır Dünən, 21:48 AZAL sərnişin müraciətlərinin emalını süni intellektlə sürətləndirəcək Dünən, 20:48 Əli Nağıyev Qazaxıstana səfər edib Dünən, 20:48 BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb Dünən, 20:48 2027-ci ildə ABŞ dolları neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA Dünən, 20:48 Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb Dünən, 19:48 Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır Dünən, 19:48 Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb Dünən, 19:48 Moskva və Bakı münasibətləri müzakirə edildi Dünən, 19:48 Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev... Dünən, 18:48 100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda Dünən, 18:48 İnfarkt, insult yarada bilən "arıqlama" məhsulları aşkarlandı: XƏBƏRDARLIQ Dünən, 18:48 AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib Dünən, 18:48 Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq Dünən, 18:48 Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 18:48 Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb Dünən, 18:48 SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb Dünən, 17:48 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər Dünən, 17:48 Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu Dünən, 17:48 Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib Dünən, 17:48 Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar Dünən, 17:48 AZAL Astanada regional biznes sammitlərinə qatılıb Dünən, 17:48 Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı Dünən, 17:48 Şəhidin 1 yaşlı nəvəsi qızdırmadan öldü Dünən, 17:48 Müntəzəm kitab oxumaq Alzheimer riskini 33%-dək azalda bilər Dünən, 17:48 Badamdarda yaşayış binasında partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır Dünən, 17:48 Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib? Dünən, 17:48 Birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayılan qızla oğlan polisə çağırıldılar Dünən, 16:48 Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Dünən, 16:48 Ramiz Mehdiyevin işində onlar da dindirilib - Yeni adlar Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR