30-04-2023, 13:41 796

XTQ-nin yaradılması günü münasibətilə tədbir keçirilib

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə "AVESTA.AZ"a Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev və bir qrup hərbi qulluqçu Aprel döyüşlərinin və Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, üzərinə tər güllər düzərək, dərin ehtiramlarını bildiriblər.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində davam edən tədbirdə XTQ-in zabit, gizirləri, eləcə də ehtiyatda və istefada olan hərbi qulluqçuları iştirak ediblər. Vətən müharibəsinin Zəfər Bayrağı səhnəyə gətirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin aparıcı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani ildönümü mərasimini açıq elan edərək Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılan XTQ-in tarixindən danışıb. Aprel döyüşlərində və Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad edilməsində XTQ-in misilsiz xidmətlərindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin XTQ-yə böyük dəyər verdiyini, onların qəhrəmanlıqlarını hər zaman yüksək qiymətləndirdiyini bildirib.

Tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikləri şəxsi heyətə çatdırılıb. Ali Baş Komandan və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi təyinatlılara göstərilən diqqətə, qayğıya və etimada görə minnətdarlıq ifadə olunub. Vurğulanıb ki, xüsusi təyinatlılar qarşıya qoyulan istənilən tapşırıqları qısa zamanda və yüksək səviyyədə icra etməyə hər an hazırdır.

Çıxış edən XTQ veteranları və hazırda xidmətdə olan hərbi qulluqçuları bu gün də Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını qeyd ediblər. 30 aprel Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasının 24-cü ildönümü münasibətilə bütün silahdaşlarını təbrik edib və XTQ mənsubu olmaqdan qürur duyduqlarını bildiriblər.

Sonra xüsusi təyinatlıların fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.

Tədbirin sonunda bir qrup incəsənət nümayəndəsi Xüsusi Təyinatlı Qüvvələrin komandanlığı adından mükafatlandırılıb.

Paylaş

Xəbər lenti

Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Bu gün, 21:48 Ağdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib Bu gün, 21:48 Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib Bu gün, 21:48 Bakıda döyüş açılışı növü üzrə yarışlar keçirilib Bu gün, 20:48 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 Britaniya səfiri: Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir Bu gün, 20:48 Azərbaycanlı məşqçilər 47-ci "Tennis Europe" Məşqçilər Konfransında iştirak ediblər! Bu gün, 20:48 İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! Bu gün, 20:48 Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək? Bu gün, 20:48 Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir? Bu gün, 19:48 "ASAN xidmət"in ixrac coğrafiyasına yeni ölkələr daxil olur Bu gün, 19:48 Ermənistan TRIPP layihəsi çərçivəsində İrana qarşı addımlar atmayacağını açıqladı Bu gün, 19:48 "Haber Global" 8 Noyabr - Zəfər günü ilə əlaqədar videoçarx təqdim edib Bu gün, 19:48 Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər Bu gün, 19:48 58 yaşlı kişini maşın vurub öldürdü Bu gün, 18:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlandı - Nəriman Axundzadə milliyə çağırılmadı Bu gün, 18:48 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 18:48 "Euronews": Bakıdakı AIREX sərgisi daşınmaz əmlakın inkişafına müxtəlif yanaşmaları təqdim edib Bu gün, 18:48 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq Bu gün, 18:48 XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir Bu gün, 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 18:48 Sabaha güclü külək gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 17:48 Novxanıda maşın aşıb Bu gün, 17:48 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib Bu gün, 17:48 "Şamaxinka"da beş və doqquzmərtəbəli binalar sökülə bilər Bu gün, 17:48 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" Bu gün, 17:48 Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR