9-05-2023, 19:48 824

Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir

Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Ümummilli Liderimizin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.

Bu barədə "AVESTA.AZ"a Müdafiə Nazirliyindən bildirilib.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən “Ulu Öndərin adının əbədiləşdirildiyi ilk ünvan: Heydər Əliyev adına Hərbi Lisey” adlı tədbirdə hərbi liseydə təhsil almış şəhidlərimizin valideynləri, Vətən müharibəsi iştirakçıları və təhsil işçiləri də iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov və digər çıxış edənlər bildiriblər ki, öz fəaliyyətində hər zaman dövlətçiliyi, milli birlik və bərabərliyi əsas tutan Ümummilli Liderimiz bütün sahələrə diqqət ayırır, xüsusilə Azərbaycanda ordu quruculuğuna mühüm əhəmiyyət verirdi. Heydər Əliyev güclü və qüdrətli ordu yaradılmasının əsasını zabit kadrlarının yetişdirilməsi və tərbiyə olunmasında görürdü. Bu məqsədlə 1998-ci il mart ayının 13-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında Ümummilli Lider Heydər Əliyev tərəfindən Sərəncam verildi.

Hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatını ödəmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərənacamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı. Beləliklə görkəmli dövlət xadiminin xatirəsinin əbədiləşdirildiyi ilk ünvan onun doğma yurdunda yaradılan Hərbi Lisey oldu.

Qeyd olunub ki, 56 kursantla fəaliyyətə başlayan Hərbi Liseydə yüzlərlə vətənpərvər, yüksək təhsilli, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirilir. Liseyin məzunları Aprel döyüşlərində, Günnüt əməliyyatında və 44 günlük Vətən müharibəsində iştirak edərək qəhrəmanlıq göstərib, bir çox orden və medallara layiq görülüblər.

Bildirilib ki, bundan sonra da nümunəvi təhsil müəssisəsi kimi Hərbi Liseydə dahi şəxsiyyətin adına layiq, Silahlı Qüvvələrimizin savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda inamlı addımlar atılacaq.

Tədbirin bədii hissəsində kursantlar Ulu Öndərə həsr olunmuş şeirləri bədii qiraət edib, musiqi nömrələri ilə ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Sonda Ümummilli Liderimiz Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxış olub.

Heydər Əliyev adına Hərbi Liseydə Ümummilli Liderimizin anadan olmasının 100 illiyi ilə bağlı kursantlar arasında idman yarışları keçirilib.
Kursantlar minifutbol, voleybol, stolüstü tenis, qol güləşi və şahmat idman növləri üzrə yarışıblar. Sonda fərdi və komanda halında qaliblər müəyyən edilərək mükafatlandırılıblar.

Paylaş

Xəbər lenti

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" Bu gün, 18:48 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub Bu gün, 18:48 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər Bu gün, 18:48 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" Bu gün, 18:48 Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub Bu gün, 18:48 Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub Bu gün, 18:48 Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Bu gün, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Bu gün, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Bu gün, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Bu gün, 17:48 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib Bu gün, 17:48 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" Bu gün, 17:48 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb Bu gün, 17:48 Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Bu gün, 17:48 Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub Bu gün, 17:48 Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib Bu gün, 17:48 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər Bu gün, 17:48 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar Bu gün, 17:48 Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48 Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar Bu gün, 16:48 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin Bu gün, 16:48 Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir Bu gün, 16:48 Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır Bu gün, 16:48 Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 16:48 "Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər Bu gün, 16:48 Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub Bu gün, 15:48 Zəfər Günü Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabranda da qeyd olunub Bu gün, 15:48 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir Bu gün, 15:48 Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx Bu gün, 15:48 Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb Bu gün, 15:48 Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib Bu gün, 15:48 Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi Bu gün, 15:48 Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb Bu gün, 15:48 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 14:48 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı Bu gün, 14:48 Türkiyə DİN: Zəfərin mübarək olsun, can Azərbaycan Bu gün, 14:48 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır Bu gün, 14:48 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR