31-05-2023, 11:45 752

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli sərgi və forum iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi Xəzər regionunun bir sıra nüfuzlu enerji tədbirlərini özündə birləşdirən “Bakı Enerji Həftəsi”nin işə başlaması münasibətilə salamlayır və bu çərçivədə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

Əminəm ki, “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcəkdir.

“Bakı Enerji Həftəsi”ndə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 28-ci Bakı Enerji Forumu kimi mötəbər tədbirlər nəzərdə tutulur. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpaolunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir.

Builki “Bakı Enerji Həftəsi” Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edir. Bu, əlamətdar bir hadisədir. Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır. “Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf etmişdir. Məhz həmin il imzalanmış “Əsrin müqaviləsi”ndən sonra enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaratmışdır. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.

Son illərdə enerji istehsalı texnologiyalarının davamlı inkişafı, eləcə də qlobal iqlim hədəfləri dünyanın aparıcı ölkələrində enerji siyasətinin əsas istiqamətlərindən olan “yaşıl enerji”yə keçidi sürətləndirməkdədir. Ölkəmiz malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alternativ və bərpaolunan enerji istehsalının artırılmasına, dekarbonizasiya və enerji mənbələrinin şaxələndirilməsi kimi qlobal gündəliyə mühüm töhfələr verir. Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və “yaşıl enerji”nin ‒ hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir.

“Yaşıl enerji”nin inkişafına yönəlmiş layihələrin ölkədə artıq işə salınması “Cənub Qaz Dəhlizi” kimi iri layihənin analoqu hesab olunan “yaşıl enerji dəhlizi” yaratmaq üçün mühüm fürsətdir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” zonasının yaradılması ölkəni alternativ enerji istehsalçısı və ixracatçısına çevirəcəkdir.

Enerji keçidində “Cənub Qaz Dəhlizi” layihəsinin strateji önəminin daha da artmasını nəzərə alaraq, TANAP və TAP layihələrinin genişləndirilməsi Azərbaycan üçün artıq aktual mövzuya çevrilmişdir. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcəkdir.

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan belə qlobal əhəmiyyətli tədbirə uzun müddətdir ev sahibliyi edir. İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və forum dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir.

“Bakı Enerji Həftəsi”nin uğurlarının davamlı olmasını diləyir və fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm!".

Paylaş

Xəbər lenti

Masazırda velosiped oğurlamaq istəyən şəxs binanı su altında qoydu Bu gün, 14:48 Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır Bu gün, 14:48 "Gözel Seeds" və ADA Universiteti Gəncləri Genetika və Biotexnologiya Konfransına dəvət edir Bu gün, 14:48 Bakıda kişi sirkə turşusundan zəhərlənib öldü Bu gün, 14:48 Milli Məclisin növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək Bu gün, 14:48 Rusiya-Ukrayna münaqişəsi başa çatmağa doğru gedir - Tramp Bu gün, 14:48 Nərimanovda yolda çökmə - AAYDA hərəkətə keçdi Bu gün, 14:48 Ucarın çəltik emalı müəssisəsi qısa müddətdə 300 tondan çox məhsul qəbul edib Bu gün, 14:48 Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib Bu gün, 13:48 İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib Bu gün, 13:48 Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb Bu gün, 13:48 Pentaqonun keçmiş UNO rəhbəri 2005-ci ildə gördüyü sirli görüntüdən danışıb Bu gün, 13:48 5 il hərbi təhsil alanlara aid yenilik - Qanun dəyişir Bu gün, 13:48 Avropada bu yay anomal istilər 50 mindən çox insanın ölümünə səbəb olub Bu gün, 13:48 Çinin Tibet bölgəsində baş verən zəlzələdə 16 nəfər ölüb Bu gün, 13:48 Səudiyyə Ərəbistanında 11 PUA və bir ballistik raket məhv edilib Bu gün, 13:48 Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq Bu gün, 13:48 Azərbaycanda məhkəmələrə ayrılan vəsait artır, hüquq-mühafizə xərcləri azalır Bu gün, 13:48 Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib Bu gün, 12:49 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır Bu gün, 12:49 Hesablama Palatasına auditor təyin olunur Bu gün, 12:49 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub Bu gün, 12:49 Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb Bu gün, 12:49 Korrupsiya əməliyyatında tutulmuş vəzifəli şəxslərin cəzaları azaldıldı - 1 həftəyə azadlığa çıxırlar Bu gün, 12:48 Bakı metrosunun Yaşıl və Qırmızı xətlərinin ayrılması ilə bağlı görülən işlər açıqlanıb Bu gün, 12:48 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib Bu gün, 12:48 ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA Bu gün, 12:48 Şamaxıda kanalizasiya daşdı, evi su basdı Bu gün, 11:49 DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb Bu gün, 11:49 "Nağdsız hesablaşmalar" şöbəsi müştərilərin xidmətindədir! Bu gün, 11:49 Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm" Bu gün, 11:48 Metronun bu stansiyası YENİDƏN AÇILIR Bu gün, 11:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin son vəziyyəti açıqlandı Bu gün, 11:48 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb Bu gün, 11:48 Cəlilabadın icra başçısına yeni müavin təyin olunub Bu gün, 11:48 Azərbaycan və Hindistan XİN başçılarının təkbətək görüşü başlayıb Bu gün, 11:48 Ülvi Mehdiyev: "ASAN xidmət" modeli ilə dünyada 600-dən çox xidmət mərkəzi yaradılıb Bu gün, 11:48 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb Bu gün, 11:48 Elçin Əmirbəyov Brüsseldə bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb Bu gün, 10:48 Naxçıvana dotasiya 6 %-dən çox azaldılır Bu gün, 10:48 Azərbaycan Basketbol Liqasında IV tur başlayır Bu gün, 10:48 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi Bu gün, 10:48 Arsen Venger Bakıya gəlib Bu gün, 10:48 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı" Bu gün, 10:48 Naibə Allahverdiyeva gecə xəstəxanaya yerləşdirilib Bu gün, 10:48 Reza Deqati Parisdəki iğtişaşlarda xəsarət alıb Bu gün, 10:48 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR