
Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək.
"AVESTA.AZ" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Onun sözlərinə görə, xəttin Ermənistan hissəsinin Zəngəzurdan keçəcək 43 kilometrlik hissəsi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılacaq.
"Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq", - nazir deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.