14-06-2022, 14:49 1961

İranla sərhəddə əməliyyat -

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 11 kiloqram 499 qram narkotik vasitənin və 3956 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Avesta xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

İyun ayının 1-də saat 23:10-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlənən bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Onun Cəlilabad rayonunun Privolnoye kəndində yaşayan, 2002-ci il təvəllüdlü Abbaszadə Fərəc Əli oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 3348 qram narkotik vasitə (2800 qram “heroin”, 520 qram “metamfetamin” və 28 qram “marixuana”) aşkar olunaraq götürülüb.

May ayının 31-də saat 23:00 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə məlumat daxil olub. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq bir nəfərə məxsus ayaq izləri aşkarlayıb, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb.

Keçirilmiş sərhəd axtarışı və qoşun-əməliyyat tədbirləri nəticəsində meşəlik massivdə kolluqların arasında gizlənən Astara rayonunun Ərçivan kənd sakini, 1993-cü il təvəllüdlü İmaməliyev Gündüz Əfqan oğlu saxlanılıb.

Araşdırma zamanı G.İmaməliyevin əvvəllər də dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İran İslam Respub­likasından Azərbaycan Respublikasına narkotik vasitələr gətirmək məqsədilə dövlət sərhədini pozması müəyyənləşdirilib.

G.İmaməliyevin saxlanıldığı ərazidə xidməti itlər də cəlb edilməklə keçirilmiş axtarış zamanı kolluqların arasında onun tərəfindən gizlədilmiş bir ədəd çanta, içərisində ümumi çəkisi 7748 qram olan müxtəlif növ narkotik vasitələr (2149 qram “heroin”, 2265 qram “marixuana”, 2039 qram “tiryək”, 1295 qram “metamfetamin”), 976 ədəd psixotrop tərkibli “metadon-40” həbi və bir ədəd ov bıçaqı aşkar edilərək götürülüb.

İyun ayının 8-də saat 00:10-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 00:50-də Ələt-Astara avtomagistral yolunun 13-cü km yaxınlığında sərhədboyu ərazidə avtomobildən düşərək yol nişanı sütünunun altından naməlum əşya götürən bir nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Ağayev Kənan Sərhad oğlu olması müəyyənləşdirilmiş şəxsin üzərinə baxış keçirilərkən bir ədəd bağlamanın içərisində 403 qram narkotik vasitə “heroin” və 2980 ədəd psixotrop tərkibli “metadon-40” həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş

Xəbər lenti

"Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır Bu gün, 16:48 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:48 Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş? Bu gün, 16:48 Putin Rusiya vətəndaşlarının MDB-dəki gəlirləri barədə məlumat toplanmasına icazə verdi - Azərbaycanlılar da var... Bu gün, 16:48 Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib Bu gün, 16:48 Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM Bu gün, 16:48 Prezidentin yeni sədr təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE Bu gün, 16:48 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü Bu gün, 16:48 Ağdaşda 40 yaşlı müharibə iştirakçısı güllələnib Bu gün, 16:48 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu MADDƏLƏR Bu gün, 16:48 Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da Bu gün, 16:48 Vladislav Bıkov 72 yaşında vəfat etdi Bu gün, 15:48 Həbsxanada İmamoğlu ilə Sibel Canın sevgilisi arasında QALMAQAL YAŞANDI Bu gün, 15:48 Qətərdən ABŞ və İran danışıqları ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 15:48 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi Bu gün, 15:48 "Yelo Bank" reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu Bu gün, 15:48 Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı" Bu gün, 15:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi Bu gün, 15:48 Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım Bu gün, 15:48 Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb Bu gün, 15:48 Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı? Bu gün, 15:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib Bu gün, 14:48 UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək Bu gün, 14:48 Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika Bu gün, 14:48 Zakir Həsənov generallarla təlimi izlədi Bu gün, 14:48 Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi Bu gün, 14:48 "Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü Bu gün, 14:48 Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib Bu gün, 14:48 MKA "WhatsApp"da yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların ADLARI Bu gün, 13:48 Bakıda və Abşeronda müşahidə olunan dumanlı havanın SƏBƏBİ AÇIQLANDI Bu gün, 13:48 Şəmkirdə 13 il əvvəl törədilən amansız qətlin üstü açıldı: Şübhəli şəxs məhkəmə qarşısında Bu gün, 13:48 AFFA futbolçunun adına görə "Qarabağ"ı cərimələdi Bu gün, 13:48 Leyla Şıxlinskayanın 55 ildən sonra "Gün keçdi" ilə bağlı arzusu Bu gün, 13:48 Gürcüstan 101 əcnəbini ölkədən deportasiya edib Bu gün, 13:48 Üçüncü övladı doğulan 45 yaşlı Natali: "Bu kiçik insan qarşısında... " Bu gün, 13:48 Dövlət sərhədində bir ayda 472 kiloqram narkotik aşkarlanıb Bu gün, 13:48 Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk uşaq ölümü qeydə alınıb Bu gün, 13:48 Mütəxəssis 20 il ömürdən məhrum edən xəstəlik barədə xəbərdarlıq etdi Bu gün, 13:48 Harri Keyn tənqidlərə münasibət bildirdi Bu gün, 12:48 Zakir Həsənov: Ali Baş Komandan Azərbaycan Ordusunun fəaliyyətindən razıdır Bu gün, 12:48 Əli Kərimlinin məhkəməsi başlayıb Bu gün, 12:48 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" Bu gün, 12:48 Yol kənarında kabel od tutub YANDI Bu gün, 12:48 Azərbaycanın yeni Ombudsmanı SEÇİLDİ Bu gün, 12:48 Kriştianu Ronaldonun oğlu Portuqaliya millisinin U-17 komandasına dəvət alıb Bu gün, 12:48 Azərbaycanlılarının pulunu talayan beynəlxalq şəbəkənin "Call center"inə zərbə vuruldu Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR