
Kriştiano Ronaldonun oğlu Kriştiano duş Santuş karyerasında yeni mərhələyə qədəm qoyub.
AVESTA.AZ xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilk dəfə Portuqaliyanın U-17 yığmasına dəvət edilib.
Məlumata görə, hücumçu baş məşqçi Filipe Ramuşun qarşıdakı oyunlar üçün açıqladığı 23 nəfərlik heyətə daxil edilib. Portuqaliya millisi bu komanda ilə 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq.
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun gənclər komandasında çıxış edən Kriştiano duş Santuş daha əvvəl Portuqaliyanın U-15 və U-16 yığmalarında da forma geyinib. O, U-16 komandasında 9 oyunda 3, U-15 millisində isə 4 matçda 2 qol vurub.
Portuqaliya seçməsi Avropa çempionatının seçmə mərhələsində noyabrın 11-də Andorra, 14-də Bolqarıstan, 17-də isə Serbiya ilə qarşılaşacaq.
Beləliklə, Ronaldo soyadının Portuqaliya millisindəki davamçısı daha bir addım irəliləyərək U-17 səviyyəsində özünü göstərmək imkanı qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.