
Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib.
Bu barədə AVESTA.AZ-ə Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.
PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib.
XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək.
Xatırladaq ki, XI turun matçları noyabrın 6-8-də keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.