
Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi vəfat edib.
Bu barədə universitetin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, vəfat edən tələbə "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə təhsil alan Ümid Bayramlıdır.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Ümid Bayramlı meningit xəstəliyindən əziyyət çəkib. Ölüm səbəbinin bu xəstəlikdən olduğu ehtimal olunur.
Onun İmişli rayonundan olduğu və ötən gün həyatını itirdiyi bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.