28-06-2022, 15:25 1100

Polisdən böyük əməliyyat -

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 25 gün ərzində keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla narkotik maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstənin daha 32 üzvü saxlanılıb. 

DİN-dən verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar edilib.

Daxil olmuş məlumat əsasında Yardımlı, Masallı, eləcə də paytaxtın Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı Amid Ağayev, İbrahim Ələsgərov, Mais Əliquliyev və tanışı Hüseyn Məmmədov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 47 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 28 kiloqram heroin, 8 kiloqram metamfetamin, 7 kiloqram tiryək, 4 kiloqram marixuana, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə etdikləri plastik kartlar aşkar edilib.

Adları çəkilən 4 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışını təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, sosial şəbəkələrdə müxtəlif videoşantaj, narkotik vasitə istifadəçilərinə “qayğı” göstərmək və pulsuz narkotik vasitə təklif etmək yolları ilə iradəsi zəif olan şəxsləri narkokuryerliyə cəlb etmək olub.

Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrindən həyata keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələrin satışını təşkil edən daha 28 nəfər saxlanılıb. Onlardan 43 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Paylaş

Xəbər lenti

Minimum əməkhaqqı artacaq? Bu gün, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Bu gün, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Bu gün, 22:48 Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA Bu gün, 22:48 Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib Bu gün, 22:48 Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Bu gün, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Bu gün, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Bu gün, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Bu gün, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Bu gün, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Bu gün, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Bu gün, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Bu gün, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Bu gün, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Bu gün, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Bu gün, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Bu gün, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Bu gün, 19:48 Seymur Nəcəfova yüksək vəzifə verildi Bu gün, 19:48 Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Bu gün, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Bu gün, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Bu gün, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Bu gün, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Bu gün, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Bu gün, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Bu gün, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Bu gün, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Bu gün, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Bu gün, 17:48 Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb Bu gün, 17:48 Minatəmizləyənlərin yaxınlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılıb Bu gün, 17:48 Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb Bu gün, 17:48 Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb Bu gün, 17:48 Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək Bu gün, 17:48 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı Bu gün, 17:48 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Bu gün, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Bu gün, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Bu gün, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Bu gün, 16:48 Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir? Bu gün, 16:48 Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub Bu gün, 16:48 FIFA Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib Bu gün, 16:48 UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub? Bu gün, 16:48 Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi Bu gün, 16:48 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR