
Almaniyanın şimal-şərqində 2022-ci ildə muzeydən yüzlərlə qədim qızıl sikkə oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə DPA agentliyi istintaqa yaxın olan mənbələrə istinadən məlumat yayıb.
Cinayət 2022-ci il noyabrın 22-nə keçən gecə Manxinq yaşayış məntəqəsində (Bavariya) törədilib. Bir neçə nəfər orada yerləşən Kelt və Qədim Roma dəyərləri muzeyinə soxularaq oradan bizim eradan 100 il əvvəl hazırlanmış 500-ə yaxın qızıl sikkə oğurlamışdı. Onların dəyəri bir neçə milyon avro qiymətləndirilir.
Saxlanılmalar Şverin şəhərində və onun ətrafında (Meklenburq - Ön Pomeraniya) həyata keçirilib. Axtarışlar zamanı oğurlanmış əşyaların bir hissəsi aşkar edilərək götürülüb.
Digər təfərrüatlar açıqlanmır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.