28-07-2023, 18:33 696

Azərbaycanda B və C hepatitlərinin yayılmasına qarşı mübarizə tədbirləri aparılır

Azərbaycanda B və C hepatitlərinin yayılmasına qarşı mübarizə tədbirləri aparılır.

TƏBİB-dən "Report"a bildirilib ki, “B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya” fəaliyyət göstərir.

Sözügedən komissiya B və C virus hepatiti infeksiyasına yoluxmuş xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən imzalanmış 10 fevral 2022-ci il tarixli qərara əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin bazasında yaradılıb. Komissiya tərəfindən ilk xəstələrin qəbulu 20 aprel 2022-ci il tarixində başlayıb. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 31 yanvar 2023-cü il tarixli əmri ilə Komissiyanın Əsasnaməsi təsdiq edilib. Komissiya sədr, katib və 5 nəfər ixtisaslı həkimi olan üzvlərdən ibarətdir.

2023-cü ilin iyul ayına qədər “B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya”nın fəaliyyəti nəticəsində 1 329 nəfər müayinə olunub. Onlardan 61%-i kişi, 39%-i isə qadındır. Komissiyadan keçən xəstələrdən 367 (27,6%) nəfərə hepatit B, 934 (70,3%) nəfərə hepatit C və 25 (1,9%) nəfərə hepatit B və C ko-infeksiyası diaqnozu qoyulub.

B və C virus hepatitlərdən müalicə almış insanların sayı 1 086 (müraciət edənlərdən 82%) nəfər olub. Onlardan 502 (46,2%) nəfər Bakı şəhəri qeydiyyatında olanlardır. Müalicəyə cəlb olunan şəxslərdən 840 (77,3%) hepatit C, 227 (20,9%) hepatit B, 19 (1,7%) nəfər isə hepatit B və C ko-infeksiyasına qarşı dərman preparatları ilə təmin olunub.

Hepatitlərin müalicəsinin əlçatanlığını təmin etmək məqsədi ilə ölkənin digər regionlarında da komissiyaların təşkili planlaşdırılır. Əhali arasında viruslu hepatitlərin yayılmasının qarşısını almaq üçün TƏBİB əlaqəli beynəlxalq qurumlarla işi davam etdirməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatitlərin eliminasiya strategiyası çərçivəsində 2030-cu ilə qədər hepatitə yeni yoluxmaların 90%, hepatitlə əlaqəli ölümlərin isə 65% azaldılmasını hədəfləyib. Bu məqsədlə hepatitlərin diaqnostikası, immunoprofilaktikası və müalicəsinin ilkin səhiyyə xidmətləri çərçivəsində əlçatanlığı təmin olunmalıdır. Hazırda hepatit A və B-nin qarşısının alınması üçün effektiv və təhlükəsiz peyvəndlər mövcuddur. Bu peyvəndlərin milli peyvənd təqviminə daxil edilməsi ÜST tərəfindən tövsiyə olunub və ölkəmizdə tətbiq olunmaqdadır. Səhiyyə xidmətləri ilə əlaqəli yoluxmaların qarşısını almaq üçün isə donor qanları müvafiq skrininqlərdən keçirilməli, müəssisə daxilində təhlükəsiz inyeksiya qaydalarına əməl olunmalı, tibb işçilərinin peyvəndlənməsi təşviq edilməlidir.

Qeyd edək ki, ÜST-ün 2019-ci ildə verdiyi məlumatlara əsasən dünyada hepatit C ilə yaşayan insanların sayı 58 milyon, hepatit B ilə isə 296 milyon nəfər təşkil edib ki, onlardan da 1,1 milyon nəfəri 2019-cu ildə bu infeksiyalar və onların təsiri, o cümlədən qaraciyər xərçəngi, sirroz və xroniki virus hepatitlərinin səbəb olduğu digər ağırlaşmalar səbəbindən vəfat edib.

Əlverişli, təhlükəsiz və effektiv müalicə üsulları ilə hepatit B ilə yaşayan insanlarda qaraciyər xəstəliklərinin və qaraciyər xərçənginin qarşısını alması, eyni zamanda hepatit C ilə yaşayan insanları isə tam sağaltmağın mümkün olmasına baxmayaraq, ÜST-ün hesablamalarına görə, dünyada hepatit B infeksiyasına yoluxmuş insanların yalnız 10%-ı, hepatit C infeksiyasına yoluxmuş insanların isə 21%-ı öz xəstəliklərindən xəbərdardılar.

Paylaş

Xəbər lenti

Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir Bu gün, 00:48 Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi Dünən, 23:48 " Oyunu dəyişən adam": Harri Keyni "Qızıl top"a aparan uğur hekayəsi Dünən, 23:48 Ukrayna ordusunun hücumu nəticəsində Rusiyada sənaye müəssisəsinə ziyan dəyib Dünən, 23:48 Gəncədə 35 yaşlı kişinin meyiti dostunun evində tapıldı Dünən, 22:48 Kiyevliləri çətin qış gözləyə bilər Dünən, 22:48 Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb Dünən, 22:48 Pervin Buldan Öcalanın köçürüldüyü yeni məkanla bağlı açıqlama verib Dünən, 21:48 Fransada etiraz aksiyalarında 78 nəfər xəsarət alıb Dünən, 21:48 İlon Mask: Mars ABŞ-nin bir hissəsi olacaq Dünən, 21:48 "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub Dünən, 20:48 Bir qığılcım faciəyə səbəb ola bilər: Bakıda yataqxanada təhlükəli vəziyyət Dünən, 20:48 Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb Dünən, 20:48 Moskvada terror aktına hazırlaşmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb Dünən, 20:48 Rafinya Messinin rekord göstəricisini təkrarlayıb Dünən, 19:48 İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir Dünən, 19:48 Mətbuat Şurasının sədri jurnalistə qarşı zorakılığa münasibət bildirdi Dünən, 19:48 Salyanda ağır qəzada ölən şəxslərin fotoları Dünən, 18:48 İranlı generaldan xəbərdarlıq: "Növbəti müharibədə məhdudiyyət tanımayacağıq" Dünən, 18:48 Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb Dünən, 18:48 İranda COVID-19-a yoluxma artır Dünən, 17:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi Dünən, 17:48 "Neftçi" "Şamaxı"ya qalib gələrək liderliyə yüksəldi Dünən, 17:48 Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı" Dünən, 16:48 Zelenski: Ukrayna işğal altındakı ərazilərdən imtina etməyəcək Dünən, 16:48 Azərbaycanlı professor vəfat edib Dünən, 16:48 Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu Dünən, 15:48 ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var Dünən, 15:48 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək Dünən, 15:48 Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb Dünən, 14:48 Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib Dünən, 14:48 Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur Dünən, 14:48 Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi Dünən, 13:48 "Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı Dünən, 13:48 Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb Dünən, 13:48 Azərbaycanda bəzi kolleclər ləğv olunur? Dünən, 13:48 Bakıda media nümayəndəsinə hücum olundu Dünən, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Dünən, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Dünən, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Dünən, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Dünən, 12:48 Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Dünən, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Dünən, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Dünən, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Dünən, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Dünən, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Dünən, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Dünən, 10:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR