3-08-2023, 21:44 681

“Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək

Azərbaycan Kinosu Günü münasibətilə “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək.

“Report” xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən “CinemaPlus” Kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə kino sahəsində çalışan hər kəsi təbrik edib: “Tamaşaçılarımızı Azərbaycan klassik filmlərini izləməyə dəvət edirəm. Əminəm ki, bu kino festivalı anşlaqla keçəcək”.

O qeyd edib ki, klassik filmləri izləmək istəyənlər kinoteatrlar şəbəkəsinin saytı vasitəsilə filmlərin nümayiş olunacağı saatları öyrənə bilərlər.

Avropa Kino Akademiyasının üzvü, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət mükafatı laueratı Vaqif Mustafayev bildirib ki, Azərbaycan tamaşaçısı kinosuz yaşaya bilmir: “Mədəniyyət Nazirliyinə və “CinemaPlus”a təşəkkür edirik ki, bu cür layihəni həyata keçirir”.

“Mədəniyyət Nazirliyi hazırda kino sahəsinə çox böyük diqqət göstərir. Bütün bunlar onu göstərir ki, Azərbaycan kinosu yaşayır və bundan sonra da yaşayacaq”, - xalq artisti vurğulayıb.

Daha sonra “Bəyin Oğurlanması” filmi nümayiş olunub.

Qeyd edək ki, kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü münasibətilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası ilə birgə avqustun 3-dən 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” təşkil olunacaq.

Xatırladaq ki, retrospektiv baxış müddətində CinemaPlus kinoteatrlar şəbəkəsində aşağıdakı filmlərin nümayişi nəzərdə tutulub.
1. “Arşın mal alan”
Rejissorlar: Rza Təhmasib, Nikolay Leşşenko.
1945- ci il. Bakı kinostudiyası.
2. “Bəxtiyar”
Rejissor: Lətif Səfərov.
1955- ci il. Bakı kinostudiyası.
3. “O olmasın, bu olsun”
Rejissor: Hüseyn Seyidzadə.
1956-cı il. Bakı kinostudiyası.
4. “Ögey ana”
Rejissor: Həbib İsmayılov.
1958-ci il. Bakı kinostudiyası.
5. “Uzaq sahillərdə”
Rejissor: Tofiq Tağızadə.
1958-ci il. Bakı kinostudiyası.
6. “Əhməd haradadır? ”
Rejissor: Adil İsgəndərov.
1963- cü il. “Azərbaycanfilm” k/st.
7. “Sehrli xalat”
Rejissor: Əlisəttar Atakişiyev.
1964- cü il. “Azərbaycanfilm” k/st.
8. “Bir cənub şəhərində”
Rejissor: Eldar Quliyev.
1969-cu il. “Azərbaycanfilm” k/st.
9. “Bizim Cəbiş müəllim”
Rejissor: Həsən Seyidbəyli.
1969-cu il. “Azərbaycanfilm” k/st.
10. “Şərikli çörək”
Rejissor: Şamil Mahmudbəyov.
1969-cu il. “Azərbaycanfilm” k/st.
11. “Axırıncı aşırım”
Rejissor: Kamil Rüstəmbəyov.
1971-ci il. “Azərbaycanfilm” k/st.
12. “Gün keçdi”
Rejissor: Arif Babayev.
1971-ci il. “Azərbaycanfilm” k/st.
13. “Nəsimi”
Rejissor: Həsən Seyidbəyli.
1973-cü il. “Azərbaycanfilm” k/st.
14. “Əzablı yollar”
Rejissor: Tofiq İsmayılov.
1982-ci il. “Azərbaycanfilm” k/st.
15. “Evlənmək istəyirəm”
Rejissor: Cahangir Mehdiyev
1983-cü il. “Azərbaycanfilm” k/st.
16. “Bəyin oğurlanması”
Rejissorlar: Ceyhun Mirzəyev, Vaqif Mustafayev.
1985-ci il. “Azərbaycanfilm” k/st.
17. “Cin mikrorayonda”
Rejissor: Oqtay Mirqasımov.
1985-ci il. “Azərbaycanfilm” k/st.
18. “Atları yəhərləyin”
Rejissorlar: Əbdül Mahmudov, Həsən Turabov.
1985-ci il. “Azərbaycanfilm” k/st.
19. “Süd dişinin ağrısı”
Rejissor: Hüseyn Mehdiyev.
1987-ci il. “Azərbaycanfilm” k/st.
20. “Yaramaz”
Rejissor: Vaqif Mustafayev.
1988-ci il. “Azərbaycanfilm” k/st.
21. “Ölsəm... bağışla”
Rejissor: Rasim Ocaqov.
1989-cu il. “Azərbaycanfilm” k/st.
Qeyd edək ki, “CinemaPlus” bütün kinosevərlər və milli kinomuza dəyər verənləri səbirsizliklə gözləyir.
Ətraflı məlumat “CinemaPlus”un sosial şəbəkə hesablarında və kinoteatrın saytında qeyd olunacaq.

Paylaş

Xəbər lenti

Bakıda bu tibb müəssisələri TƏMİR OLUNACAQ Bu gün, 16:49 80 yaşlı Ajda Pekkan: "Kamera qarşısına keçəndə hələ də həyəcanlanıram" Bu gün, 16:49 FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb Bu gün, 16:49 İslam Maxaçevin növbəti rəqibi bəlli oldu Bu gün, 16:49 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - RƏSMİ Bu gün, 16:49 Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Bu gün, 16:48 İlin sonuna qədər ən uğurlu günlər - Vacib işləri BU TARİXLƏRƏ sala bilərsiz Bu gün, 16:48 Zaqatalada böcəklər evlərə kütləvi hücum edib Bu gün, 16:48 Arvadını öldürən şəxs mirasdan məhrum edildi Bu gün, 16:48 Seyfəddin Qəndilovun oğlu vəfat etdi Bu gün, 15:48 Qlobal səviyyədə ərzaq qiymətlərinin artmasının bir səbəbi də bu imiş... Bu gün, 15:48 "Sabah"ın ÇL-dəki rəqibi baş məşqçisi ilə müqaviləni uzatdı Bu gün, 15:48 Xalq artisti: "Məktəbli məhz məktəbli formasında olmalıdır" Bu gün, 15:48 FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib Bu gün, 15:48 Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib Bu gün, 15:48 Ağıllı saatlarla yatmaq təhlükəlidirmi? - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib Bu gün, 14:48 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi Bu gün, 14:48 Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və iki sənəd mübadilə edilib Bu gün, 14:48 Laos Prezidenti Zəfər parkını ziyarət edib Bu gün, 14:48 Bu meyvə ekstraktı prostat xərçənginin qarşısını ala bilir Bu gün, 14:48 Bakıda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb Bu gün, 14:48 İrandan Azərbaycana 124 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb Bu gün, 14:48 XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? Bu gün, 14:48 Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib Bu gün, 14:48 Bu ölkədə xalq birlik olub, kimsəsiz qıza təmtəraqlı toy etdi Bu gün, 14:48 Yusif Axundov və Şaban Cəərçiyevə yüksək vəzifə verildi Bu gün, 13:49 AFFA "Neftçi" klubunu cərimələdi - MƏBLƏĞ Bu gün, 13:48 İstanbulda metroda kiçik partlayışlar oldu - Vətəndaşlar təxliyə edildi Bu gün, 13:48 İspaniyada sürət qatarında yanğın: 300 sərnişin təxliyə edildi Bu gün, 13:48 İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir? Bu gün, 13:48 Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü... Bu gün, 13:48 Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi geri döndü - SƏBƏB... Bu gün, 13:48 İdman zalından çıxan Cennifer Lopez paparazzilərin obyektivində... Bu gün, 13:48 Qusarda qonşusunu telefonla çəkən qadını döyən şəxsə 260 saat cəza verildi Bu gün, 13:48 Təyyarədə taxtabiti aşkarlanıb - reys LƏĞV EDİLDİ Bu gün, 13:48 Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Bu gün, 12:48 Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir Bu gün, 12:48 Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 12:48 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı Bu gün, 12:48 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir Bu gün, 12:48 Azərbaycanda bu ilin son iki ayında 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub Bu gün, 12:48 23 illik təcrübə, peşəkar təmizlik: "Təmiz Xalı" Fabriki Bu gün, 12:48 Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi Bu gün, 12:48 Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək Bu gün, 12:48 Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir Bu gün, 12:48 Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR