
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, rayonun Alar kəndində sakin, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlunu əkin sahəsində ildırım vurub.
O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.
Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.