4-09-2023, 22:19 900

Amerika və Avropanın aparıcı ravvinləri Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxıblar

Amerika və Avropanın 18 aparıcı ravvini bakılı həmkarları Zamir İsayevin çağırışına cavab olaraq Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxıblar.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, İranın himayəsi altında Ermənistanın Azərbaycanı ləkələmək üçün həyata keçirdiyi üzrə beynəlxalq kampaniya bütün dünyada nüfuzlu ravvinlərin hiddətinə səbəb olub.

Ravvinlər Azərbaycanın "şeytan" obrazında verilməsinə və onun düşmənləri tərəfindən "Holokost" mövzusunun yersiz qabardılmasına etiraz ediblər.

Bakılı ravvin Zamir İsayev öz videomüraciətində sənəd-sübutlardan istifadə etməklə qeyd edib ki, Azərbaycanın guya Qarabağdakı erməniləri soyqırımına məruz qoyması uydurmadır. O, bildirib ki, Azərbaycana qarşı bu əsassız ittihamları İranın himayəsi altında fəaliyyət göstərən müttəfiqləri həyata keçirir. O, həmçinin yəhudi liderlərini XX əsrin əvvəllərində qırğınlardan və nasizm dəhşətlərindən qaçan yəhudilərə sığınacaq verən Azərbaycan xalqını dəstəkləməyə çağırıb.

"İndi Ayətullah rejiminin himayəsi altında fəaliyyət göstərən Ermənistan İsrailin əsl dostu olan Azərbaycana böhtan atmaqla məşğuldur. İsrailin əleyhinə illərlə aparılan qarayaxma kampaniyası indi Azərbaycana qarşı həyata keçirilir. Düşmənlər Azərbaycanı guya Qarabağda minlərlə ermənini acından öldürməkdə günahlandırırlar. Halbuki Qarabağ 30 il əvvəl ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir. Məhz Azərbaycan əhalisini oradan məhv edib qovublar. “Soyqırımı” və ya “aclıq” ittihamları üçün heç bir əsas yoxdur, çünki Azərbaycan Qarabağın erməniəsilli sakinlərini ərzaqla təmin etmək üçün xüsusi olaraq avtomobil yolu çəkib", - ravvin əlavə edib.

Z.İsayev əlavə edib ki, Azərbaycana böhtan atmaq naminə Holokost qurbanlarının xatirəsindən istifadə etmək ən böyük həyasızlıqdır: "Ermənistanın baş naziri Paşinyan AFP-yə müsahibəsində deyib ki, Azərbaycan Qarabağda guya daha ​​bir Holokosta hazırlıq aparır. Hətta Vardanyan bəyan edib ki, ermənilərin iztirabları Holokost qurbanlarının iztirablarından daha çoxdur. Ermənistanın paytaxtının mərkəzində nasist Qaregin Njdenin şərəfinə abidə qoyulduğu və ölkənin bir çox küçələrinin onun adını daşıdığı halda onların Holokostdan danışmağa nə haqqı var?”.

Videomüraciəti ABŞ və Kanadanın Ravvinlər İttifaqının (UOR) rəhbəri Arye Ralbaq, Avropa Ravvinləri Konfransının vitse-prezidenti, Frankfurt şəhərinin baş ravvini Avixay Apel, Strasburq və Aşağı Reyn baş ravvinləri Avraam Veyl, Qafqaz yəhudilərinin baş ravvini Yaniv Naftəliyev, Polşanın baş ravvini Mixael Yosef Şudrix, Moldovanın baş ravvini Pinxas Zaltsman, Vyananın baş ravvini Yaron Engelmayer, Panamanın baş ravvini David Perets və başqaları dəstəkləyiblər.

Xatırladaq ki, bundan əvvəl Bakıda Qafqaz yəhudilərinin irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan, İsrail, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox alim-tədqiqatçı iştirak edib.

Paylaş

Xəbər lenti

Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür Bu gün, 11:48 Əməkdar artist ilk dəfə nənə oldu Bu gün, 11:48 Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı Bu gün, 11:48 Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 116 dollara düşüb Bu gün, 11:48 Müğənni Bayhan dinini dəyişdirib? - AÇIQLAMA Bu gün, 11:48 Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb Bu gün, 10:48 Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək Bu gün, 10:48 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? Bu gün, 10:48 Bakıda "Changan" piyadanı vurub öldürdü Bu gün, 10:48 Azərbaycanlı məşhur "Səhra Çiçəyi"nə Dubayda klip çəkdirdi Bu gün, 10:48 Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub Bu gün, 10:48 Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var Bu gün, 09:48 İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı Bu gün, 09:48 "20 Yanvar" dairəsində yenilik olacaq Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq Bu gün, 09:48 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:48 Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı Bu gün, 09:48 Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı Bu gün, 09:48 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Bu gün, 00:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları Bu gün, 00:48 Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48 Döş xərçənginin ilk əlamətləri açıqlanıb Dünən, 23:48 Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib Dünən, 23:48 Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək Dünən, 23:48 Minimum əməkhaqqı artacaq? Dünən, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Dünən, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Dünən, 22:48 Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA Dünən, 22:48 Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib Dünən, 22:48 Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Dünən, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Dünən, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Dünən, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Dünən, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Dünən, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Dünən, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Dünən, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Dünən, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Dünən, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Dünən, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Dünən, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Dünən, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR