3-10-2023, 16:58 550

Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşüb

3 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Görüşdə Azərbaycan və ICESCO arasında əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, ölkəmizin müstəqilliyini bərpa etdiyi ilk illərdən mədəniyyətlərarası dialoqun təşviqi, irqi ayrı-seçkilik, İslamofobiya kimi təhdidlərlə mübarizə sahələrində ICESCO ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, bu xüsusda, yaxın zamanda ICESCO-nun ölkəmizdə regional mərkəzinin açılmasının münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə dair inamını ifadə edib. Multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçildiyi məmnunluqla qeyd edilib.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ölkəmizin 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan tərəfindən dağıdılan dini və mədəni irsimizin bərpası istiqamətində əməli addımlar atdığını diqqətə çatdırıb. Münaqişə zamanı, habelə münaqişədən sonrakı dövrdə üzləşdiyimiz ikili standartlar, keçmiş münaqişəyə dini çalarlar verilməsi cəhdlərinin qəbuledilməzliyi, habelə bu kimi addımların bölgədə sülh və sabitliyə töhfə vermədiyi vurğulanıb.

Bütün mövcud çətinliklərə və çağırışlara baxmayaraq, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinin, habelə Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin reinteqrasiya prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Xüsusilə, görülən anti-terror tədbirləri nəticəsində bölgədə mövcud qeyri-qanuni erməni silahlı qüvvələrinin buraxılması və tərksilahı prosesinin sülh və reinteqrasiya səylərinə təkan verdiyi qeyd olunub.

Baş direktor Salim bin Məhəmməd əl-Malik, Azərbaycana səfərindən məmnunluq duyduğunu, ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə keçirdiyi görüş zamanı faydalı fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. ICESCO-nun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu, habelə bundan sonra da əlaqələrin gücləndirilməsi istiqamətində səylər göstərilməsinin vacibliyi qeyd olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb Bu gün, 22:48 Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb Bu gün, 22:48 Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər Bu gün, 22:48 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib Bu gün, 22:48 Yaponiyalı qadın 4 ildir evində ruhla yaşadığını deyir: Kirayə haqqı da ucuzdur Bu gün, 22:48 Türkiyənin Respublika Günü Bakıda qeyd olundu - "Haber Global"ın süjeti Bu gün, 22:48 TƏBİB: Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb Bu gün, 21:48 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü Bu gün, 21:48 Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb Bu gün, 21:48 Kirayə mənzillərdə YENİ ŞƏRTLƏR - Mənzil almaq çətinləşdi, yoxsa asanlaşdı? Bu gün, 21:48 İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb Bu gün, 21:48 İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub Bu gün, 21:48 Sabah Xətai və Suraxanı rayonlarının bəzi küçələrində qaz olmayacaq Bu gün, 20:48 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı Bu gün, 20:48 MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır Bu gün, 20:48 SEPAH: Hörmüzdə vurulan ABŞ dronlarının sayı 68-ə çatıb Bu gün, 20:48 Ərdoğan Mirziyoyevlə görüşdə TDT-nin güclənəcəyini bildirib Bu gün, 19:48 Zaur Rzayev vəfat etdi Bu gün, 19:48 Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın olub Bu gün, 19:48 Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri Bu gün, 19:48 Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək Bu gün, 19:48 "Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Balabəy Ağayev qızıl medal qazanıb Bu gün, 19:48 Hökumətin xəbərdarlığından sonra əhali marketlərə axışdı: İngiltərə fövqəladə vəziyyətə hazırlaşır Bu gün, 19:48 AQTA: Ceyranbatanda məktəbdə qida zəhərlənməsi faktı təsdiqini tapmayıb Bu gün, 19:48 İrəvan TRIPP üzrə sazişi təsdiqlədi: Marşrut işə düşsə, keçid necə tənzimlənəcək? Bu gün, 18:48 "İstirahətə gedirik" deyən ər-arvadın avtomobilindən 36 milyon tapıldı Bu gün, 18:48 "Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb Bu gün, 18:48 Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu Bu gün, 18:48 Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK Bu gün, 18:48 Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub Bu gün, 18:48 Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib Bu gün, 17:48 Qan qrupları ilə zəka arasında əlaqə olduğu iddia edilir Bu gün, 17:48 Xocalıda üç nəfər cərimələnib - SƏBƏB Bu gün, 17:48 Baba Vəziroğlu: "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" Bu gün, 17:48 Vüsalə Əlizadə: "Əlinə taxta parçası alan toy aparıcısı olur" Bu gün, 17:48 Paşinyan hakimiyyətin hansı halda istefaya gedəcəyini açıqladı Bu gün, 17:48 Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir Bu gün, 17:48 ABŞ-nin ştatında saqqız satışına qadağa qoyula bilər Bu gün, 17:48 İlham Əliyev İspaniya Kralına başsağlığı verib Bu gün, 17:48 Xalq artisti ilə quda olan Əməkdar artist: "Qızıma deyirəm ki, döz..." Bu gün, 17:48 Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" Bu gün, 16:48 Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq Bu gün, 16:48 Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? Bu gün, 16:48 Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!" Bu gün, 16:48 Azərbaycanda 9 ayda 146 cinayətkar qrup zərərsizləşdirilib Bu gün, 16:48 Antalyada güclü leysan yağışları selə səbəb oldu Bu gün, 16:48 Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib Bu gün, 16:48 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR