5-10-2023, 11:53 1492

Ölkənin ilk brend rezidensiyası -

Keçən ilin dekabr ayında "The Ritz-Carlton, Baku"nun açılışından sonra "PAŞA Development" Bakıda ilk brend rezidensiya - "Marriott International Inc."in portfelinə daxil olan "The Ritz-Carlton Residences Baku"nu təqdim edir.

"The Ritz-Carlton Residences, Baku"da yerləşən eleqant mənzillər və penthauslar artıq satışdadır. Rezidensiyalar sahiblərinə "The Ritz-Carlton"un əfsanəvi xidməti və daima yüksəklikdə həyat tərzini vəd edir.

Bakının daim hərəkətli Nəsimi rayonunda yerləşən "The Residences" eleqant həyat tərzi ilə dinamik şəhər həyatını mükəmməl birləşdirir. Heyrətamiz yelkənvari memarlığı ilə 31 mərtəbəli bu bina müasir dizaynın möhtəşəm nümunəsidir. Tarixi Şərq bazarı və qədim İçərişəhər, eləcə də müasir Port Baku sözün əsl mənasında bir addımlığınızdadır.

"The Residences", "The Ritz-Carlton" əfsanəvi brendinin təməlində yatan zəriflik hissi və detallara qüsursuz diqqət təqdim edir. Məhdud sayda olan bir, iki, üç və ya dörd yataq otaqlı 79 mənzil və penthaus əldə etmək mümkündür. Dəniz və ya şəhər mənzərələrinə malik rezidensiyalar sahiblərinə dəbdəbəli yaşayış tərzi vəd edən unikal dizayna məxsusdur.

Mənzillərin əksəriyyəti dizayna hazır vəziyyətdə təklif olunur, lakin The Ritz-Carlton təcrübəsindən tam faydalanmaq istəyənlər məşhur "Kristina Zanić Consultants" studiyasının yaratdığı heyrətamiz konsepsiyalardan yararlanmaq imkanına sahibdir. Studiyanın yaratdığı tərz yerli sənətkarlığın fərqli çalarlarını və naxışlarını təsvir edərək, təbii fona canlı rənglər əlavə etməklə, şəhərin multikultural irsini əks etdirir.

Zərif mərmər, ağac və dəri materialları, ağ, açıq bej, neytral və qəhvəyi rənglərdən ibarət interyer palitrası tonlarında istifadə edilmişdir. Bütün bunlar "The Residences"in qonaqpərvərlik ab-havasını, dəbdəbəni və heyrətamiz mənzərələrini özündə əks etdirir.

Evinizdən birbaşa "The Ritz-Carlton" otelinə çıxış imkanı ilə siz həm də bir sıra xidmətlərə imtiyazlı giriş əldə edirsiniz.

Əylənmək və ya mühitdən feyzyab olmaq istəyənləri bütün gün işləyən restoran, müasir “speakeasy” bar və "Residents Lounge" gözləyir (gələcəkdə panoramik şəhər mənzərəsinə sahib, gözəl terrası olan “rooftop” bar və restoran sizin istifadənizdə olacaq). Dünya standartlarında görüş, tədbir məkanları və "The Ritz-Carlton Club Lounge" sizə eyni zamanda həm işləmək, həm də əylənmək imkanı verir. 7/24 Fitnes Mərkəzi, iki qapalı hovuz və sauna, buxar otağı və türk hamamı olan "Ritz-Carlton" imzalı Spa özünüzü yaxşı hiss etmək üçün ehtiyacınız olan hər cür şəraiti yaradır.

Siz hər gün səbirsizliklə beşulduzlu şəraitə və əfsanəvi "Ritz-Carlton" xidmətinə malik evinizə qayıtmağa tələsəcəksiniz. Hər bir istək və arzunuz bir çox inklüziv və ya əlavə ödənişli xidmətlər vasitəsilə gerçəkləşir.

Konsyerj xidməti və mənzildaxili xidmətlərdən tutmuş, xüsusi yaşayış idarəsi komandasına qədər bir çox xidmət mövcuddur. Rezidensiya sahibi olaraq, siz misilsiz diqqət, oteldə eksklüziv təkliflər, həmçinin dünyanın ən yaxşı ünvanlarında, o cümlədən "The Ritz-Carlton", "Edition", "St. Regis & W", "The Luxury Collection" və "JW Marriott" otelləri daxil olmaqla, xüsusi imtiyazlar əldə edirsiniz.

"The Residences" "PAŞA Development" portfelinin bir hissəsidir. 2012-ci ildə "PAŞA Holdinq" MMC-nin törəmə müəssisəsi kimi yaradılmış şirkətin portfelinə Bakının bir çox ən məşhur gələcək ünvanları (məsələn, "Crescent Bay"), Monteneqrodakı ultra-lüks "Portonovi" kurortu və nüfuzlu "Port Baku Towers" daxildir.

Rezidensiya sahibi kimi siz "PAŞA Holdinq" qrupun portfelinə daxil olan müxtəlif məkanlarda özəl imtiyazlar təklif edən "PAŞA Elit Klubu"na üzv olma imkanını təmin edəcəksiniz.

"The Ritz-Carlton Residences, Baku", unikal mənzilləri, sonsuz komfortu və "The Ritz-Carlton" imzalı xidmətləri ilə şəhərdəki bütün digər dəbdəbəli yaşayış məkanlarını üstələyir. Bakının müasir memarlıq ikonalarından birində yerləşən "The Residences" bənzərsizlik və xoş həyəcanın balanslaşdırıldığı həyat tərzi vəd edir.

Eleqant həyat tərzindən həzz almaq arzusunda olanlar 680 000 manatdan başlayan qiymətlərlə mənzil sahibi ola bilərlər. Fərdi uyğunlaşdırılmış ödəmə planından yararlanmaq istəyənlər ilkin ödəniş 30 % olmaqla, qalıq məbləği 36 ay müddətinə faizsiz olaraq ödəyə bilərlər.

Satış komandasının nümayəndəsi ilə danışmaq, konsultasiya təşkil etmək üçün *1118 saylı nömrə ilə əlaqə saxlayın və ya [email protected] email ünvanına yazılı müraciət edin. Əlavə məlumat almaq üçün rcresidencesbaku.com saytına daxil olun.

"The Ritz-Carlton Residences, Baku" "The Ritz-Carlton Hotel Company, L.L.C" və ya ona bağlı şirkətlərə (“Ritz-Carlton”) məxsus deyil, həmin şirkətlər tərəfindən dəyişdirilmir və ya satılmır. "Yelken Operating Company" MMC "Ritz-Carlton" lisenziyasına əsasən "The Ritz-Carlton" markalarından istifadə edir, lakin bu lisenziya burada qeyd edilən hər hansı bir bəyanatın və ya təsvirin doğruluğunu təsdiqləmir.

Paylaş

Xəbər lenti

Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? Bu gün, 14:48 Azərbaycandan Ermənistana növbəti qatar yola düşdü Bu gün, 14:48 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib Bu gün, 14:48 Türkiyədə bu məşhurların QANUNSUZ TİKİLƏN EVLƏRİ SÖKÜLƏCƏK - SİYAHI Bu gün, 14:48 Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır Bu gün, 14:48 Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir - Toy bu tarixdə olacaq Bu gün, 14:48 Bakıda keçirilən "IRONMAN 70.3" triatlon yarışının qalibi müəyyənləşdi Bu gün, 13:48 Azərbaycanda kinooperator vəfat etdi Bu gün, 13:48 "Sabah" klubu 10 milyon manatlıq layihə həyata keçirəcək Bu gün, 13:48 "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb Bu gün, 13:48 Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm" Bu gün, 13:48 Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI Bu gün, 12:48 İstanbulda hoteldə yanğın - 12 nəfər xəstəxanalıq oldu Bu gün, 12:48 Türkmənistan 2027-2028-ci illərdə LLDCs-yə rəhbərlik edəcək, Azərbaycan vitse-sədr olacaq Bu gün, 12:48 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi Bu gün, 12:48 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir Bu gün, 12:48 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI Bu gün, 11:48 Özbəkistanda kişi yaşadığı binanın zirzəmisində köpəkbalıqları yetişdirib Bu gün, 11:48 Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir Bu gün, 11:48 Bakıda qadın avtomobilə hücum edib, parçalamağa çalışdı - ANBAAN VİDEO Bu gün, 11:48 Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq Bu gün, 11:48 Fərid Qayıbov: "IRONMAN 70.3" yarışını çoxdan gözləyirdik Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 104 dollara enib Bu gün, 10:48 Mərhum Xalq artisti Səyavuş Aslanın doğum günüdür Bu gün, 10:48 Bu gün Azərbaycandan Ermənistana 977 ton dizel yanacağı göndəriləcək Bu gün, 10:48 Yenicag.az saytının 19 yaşı tamam olur Bu gün, 10:48 Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir Bu gün, 10:48 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 09:48 "Sabah"ın "Barselona" ilə oynayacağı matçın stadionu bəlli oldu Bu gün, 09:48 Luis Enrike PSJ ilə müqaviləsini uzatdı Bu gün, 09:48 Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır Bu gün, 09:48 ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib? Bu gün, 09:48 Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb Bu gün, 00:48 Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir Bu gün, 00:48 Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib Dünən, 23:48 Yasamalda müəmmalı ev mübahisəsi Dünən, 23:48 Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY Dünən, 23:48 Dövlət qurumları güzəştli mənzillərin satışında rəqəmsal təhlükəsizliyi uğurla təmin ediblər Dünən, 23:48 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? Dünən, 22:48 MİDA evləri bazarda mənzilləri ucuzlaşdıracaq? - Ekspertdən CAVAB Dünən, 22:48 Öskürəyin səsi və xarakteri bu xəstəliklərdən xəbər verə bilər Dünən, 22:48 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb Dünən, 22:48 İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Dünən, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Dünən, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Dünən, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Dünən, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Dünən, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR