15-10-2023, 19:53 561

İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciət ünvanlayıb.

"AVESTA.AZ" xəbər verir ki, müraciətdə deyilib:

"Sizi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə ürəkdən salamlayıram.

Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə iftixar dolu parlaq səhifələr yazmışdır. Türk xalqları şanlı keçmişlərindən güc alaraq zamanın sınaqlarından daim alnıaçıq çıxmış, günümüzədək milli mədəni özünəməxsusluğu qoruyub saxlamışlar. Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu böyük sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi ötən müddətdə təqdirəlayiq xidmətlər göstərmişdir.

Məhz TÜRKSOY-un təşkilatçılığı və bilavasitə iştirakı ilə ənənəvi şəkil alan layihələr, müntəzəm keçirilən mədəniyyət günləri, incəsənət festivalları, həmçinin türk dünyasının şah əsərlərinin, əlamətdar tarixi-mədəni hadisələrinin və görkəmli şəxsiyyətlərinin təntənə ilə qeyd olunan yubileyləri türk xalqları arasında qarşılıqlı əlaqələri dərinləşdirmiş və möhkəmlətmişdir. Təşkilat üzv ölkələrin mədəniyyət və incəsənət xadimlərinin yaxınlaşması üçün bu gün də var qüvvəsini əsirgəmir. Onun fəaliyyəti türk dövlətləri rəhbərlərinin bütün zirvə toplantılarında, dövlət və hökumət başçılarının birgə bəyannamələrində həmişə yüksək qiymətləndirilmişdir.

Ortaq türk mirasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə etmiş, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışmışdır. Təşkilatla respublikamız arasında əməkdaşlıq münasibətləri hazırda ən yüksək səviyyədədir. Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və “TÜRKSOY Mədəniyyət Günləri”nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir.

Türk dünyası birliyinin daha da möhkəmləndirilməsi və müştərək mədəni-mənəvi dəyərlərimizin layiqincə qorunub yaşadılması yolunda hər birinizə yeni-yeni uğurlar arzulayıram".

Paylaş

Xəbər lenti

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Bu gün, 22:48 Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi: Valideynlər nələri bilməlidir? Bu gün, 22:48 "Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb Bu gün, 22:48 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" Bu gün, 22:48 Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib Bu gün, 21:48 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər Bu gün, 21:48 Türkiyədə məşhur tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı Bu gün, 21:48 Husilər Səudiyyə Ərəbistanında "Saudi Aramco" obyektlərini hədəf aldıqlarını bildiriblər Bu gün, 21:48 Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib Bu gün, 20:48 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub Bu gün, 20:48 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər Bu gün, 20:48 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib Bu gün, 20:48 Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib Bu gün, 20:48 Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız Bu gün, 20:48 "Fənərbağça" səfərdə "Çorum"u 5 cavabsız qolla məğlub etdi Bu gün, 20:48 Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Bu gün, 19:48 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? Bu gün, 19:48 Qırx dörd günün dərsləri: Azərbaycanın iradəsi hərbi üstünlüyü siyasi nəticəyə çevirdi Bu gün, 19:48 Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü Bu gün, 19:48 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub Bu gün, 19:48 Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb Bu gün, 19:48 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" Bu gün, 18:48 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub Bu gün, 18:48 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər Bu gün, 18:48 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" Bu gün, 18:48 Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub Bu gün, 18:48 Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub Bu gün, 18:48 Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Bu gün, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Bu gün, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Bu gün, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Bu gün, 17:48 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib Bu gün, 17:48 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" Bu gün, 17:48 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb Bu gün, 17:48 Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Bu gün, 17:48 Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub Bu gün, 17:48 Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib Bu gün, 17:48 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər Bu gün, 17:48 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar Bu gün, 17:48 Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR