
Göygöldə şirkətlərdən birinə məxsus yük maşını aşıb, sürücü ağır xəsarətlər alıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayon Tülallar kəndində qeydə alınıb.
Yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində sürücü ağır xəsarətlər alıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan sürücünün oradan çıxarılmasına çalışılır.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.