
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Sabunçu qəsəbəsində yolu keçən 1960-cı il təvəllüdlü Şahmuradova Minayə İmran qızını və 1985-ci il təvəllüdlü İsmayılova Aynur Ərəbxan qızını avtomobil vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.