10-01-2024, 17:23 639

Perinatal Mərkəzdə yanğınla bağlı 3 vəzifəli şəxs işdən azad edilib, ev dustaqlığı növündə qətimkan tədbiri seçilib

“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Xəbər verildiyi kimi yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İlkin istintaq tədbirləri nəticəsində tibb müəssisəsinin 3 vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib.

Belə ki, toplanmış sübutlarla Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xətlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlar nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilmiş, yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmamış, elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılmış, bununla da, 4 körpə ölmüş və müəssisəyə ciddi əmlak ziyanı dəyib.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilmişdir.

Hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, habelə bu kimi yanğının baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş

Xəbər lenti

Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Bu gün, 19:48 Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir? Bu gün, 19:48 Məşhur aktrisa dördüncü dəfə evləndi Bu gün, 19:48 Bakıda açıq ərazidəki yanğın söndürülüb Bu gün, 19:48 Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar Bu gün, 19:48 Şirvanda qəza olub - Ölən və yaralanan var Bu gün, 19:48 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Bu gün, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Bu gün, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Bu gün, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Bu gün, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Bu gün, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Bu gün, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Bu gün, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Bu gün, 17:48 Günel Zeynalovanın başına iş gəldi - Ayağı zədələndi Bu gün, 17:48 Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb Bu gün, 17:48 İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib Bu gün, 17:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib Bu gün, 17:48 Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb Bu gün, 17:48 Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb Bu gün, 16:48 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri bu səbəbdən təxirə salındı Bu gün, 16:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib Bu gün, 16:48 Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi Bu gün, 16:48 "Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram" Bu gün, 16:48 39 yaşlı Kerem Bürsin əməliyyat olundu Bu gün, 16:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı Bu gün, 16:48 "Çelsi"nin ulduzu "Mançester Siti"yə "hə" dedi Bu gün, 16:48 11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ Bu gün, 15:48 Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır Bu gün, 15:48 Silvestr Stallonenin 30 yaşlı qızı nişanlandı Bu gün, 15:48 XƏBƏRDARLIQ: Bu tarixlərdə hava dəyişəcək Bu gün, 15:48 UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi açıqlanıb Bu gün, 15:48 Sitalçayda qatar minik avtomobili ilə toqquşdu Bu gün, 15:48 Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub Bu gün, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb Bu gün, 14:48 Bakıda fərdi yaşayış evi yandı Bu gün, 14:48 Ötən gün borclu şəxs qismində axtarışda olan 135 nəfər saxlanılıb Bu gün, 14:48 Türkiyədə istirahətdə olan azərbaycanlı bloger cütlük: "Evimizin yanı yanır..." Bu gün, 14:48 Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları Bu gün, 14:48 Brilliant Dadaşova dənizdə üzdüyü görüntüləri paylaşdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb Bu gün, 14:48 Rusiyada məktəbli qızlar pivə içməyə dəvət etdikləri oğlanın qətlində şübhəli bilinirlər Bu gün, 13:48 Həkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı Bu gün, 13:48 Sabah Bakıya və rayonlara yağış yağacaq Bu gün, 13:48 Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı Bu gün, 13:48 Bakının Qobustan qəsəbəsində yeni körpünün tikintisinə dair son vəziyyət açıqlanıb Bu gün, 13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB Bu gün, 13:48 İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR