
Türkiyənin tanınmış aktrisa və aparıcısı Ceyda Düvenci həyatını aparıcı Güçlü Mete ilə birləşdirib.
AVESTA.AZ xəbər verir ki, təxminən 2,5 ildir sevgili olan cütlük münasibətlərini evliliklə taclandırıb. Səssiz-səmirsiz şəkildə nikah masasına oturan məşhur cütlüyün toyu Türkiyədən uzaqda baş tutub.
Cütlük İsveçdə, Stokholmda yerləşən Türkiyə Səfirliyində sadə bir mərasimlə nikah keçirib.
Daha əvvəl üç dəfə evlilik edən 49 yaşlı aktrisa bu nikahla dördüncü dəfə həyatını birləşdirmiş olub. Xoşbəxt anlarını sosial media hesabından izləyiciləri ilə bölüşən cütlüyün paylaşımı qısa müddətdə minlərlə təbrik və bəyəni toplayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.