
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır.
Məlumata görə, iribuynuzlu mal-qaranın tərkibində olan inək və camışların sayı isə illik müqayisədə 0,6 min baş artaraq 1 milyon 218,6 min başa çatıb.
Hesabat dövründə xırda mal-qaranın (qoyun və keçilərin) sayında da azalma dinamikası müşahidə olunub. Belə ki, qoyun və keçilərin baş sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,6 min baş (0,4 %) azalaraq 6 milyon 735,1 min baş olub.
Müvafiq dövrdə donuzların baş sayında artım qeydə alınıb. Ölkə üzrə donuzların sayı əvvəlki illə müqayisədə 92 baş və ya 2,9 % artaraq 3 min 259 başa yüksəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.