
"Azərişıq" ASC-nin Yasamal Rayon İdarəsinin binası qarşısındakı məlumat lövhəsində ingilis dilində yazı səhvinə yol verilib.
Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən idarə binasının qarşısındakı məlumat lövhəsində ingilis dilində "Yasamal Discrit" yazılıb. Halbuki sözün düzgün yazılışı "District" olmalıdır. Təəssüf ki, illərdir bu səhv heç kim tərəfindən düzəldilmir.
"Görünür, idarədə çalışanlardan heç kim ingilis dilini bilmir. Yaxud da, işlərinə məsuliyyətsiz yanaşırlar", – deyə vətəndaşlar bildiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.