17-02-2024, 12:51 663

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: “Rəis deyirdi ki, pulun 50 faizini mənə verməlisən”

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“AVESTA.AZ” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Fariz Nəbiyev bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrinin birində maliyyə rəisi işləyib. Hazırda bölmə rəisi işləyir. İşlədiyi hərbi hissədə 2017-2022-ci illər arasında 740 min manata yaxın pul mənimsənilib:

“Bu puldan 335 min manat mənə çatıb, qalanını korpusun maliyyə rəisi Yaşar Rzayevə vermişəm. Rəis gəlib deyirdi ki, pulun 50 faizini mənə verməlisən. Mənimsənilən pulun mənə aid olan hissəsindən 243 min manatını büdcəyə ödəmişəm”.

Həmin vaxt Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində maliyyə rəisi və Müdafiə Nazirliyində baş təftişçi işləmiş şahid Nazim Süleymanov bildirib ki, ümumilikdə 2 hərbi hissənin maliyyə yoxlamasında iştirak edib. Onun sözlərinə görə, həmin hərbi hissələrin birində 1 milyon çatışmazlıq aşkar olunub:

“Çatışmazlıq aşkar olunanda özümüzə düşən payı götürüb gedirdik. Pulları Rafael Xələfovun göstərişi ilə onun dediyi adamlara vermişik. Cəmi 350 min manata yaxın pul mənə qalıb. İkinci hərbi hissədə 649 min manat çatışmazlıq aşkar edilmişdi. Mənə bu puldan 420 min manat çatıb, onu da büdcəyə qaytarmışam”.

O əlavə edib ki, 2019-2021-ci illərdə korpusda maliyyə xidmət rəisi olub. Maliyyə və büdcə idarəsinin təftiş şöbəsini rəisi Rafail Xələfova 1 milyon 80 min manat pul verib. R.Xələfovla üzləşəndə o, öz üzərinə düşən məbləğdən boyun qaçırıb.

Hazırda hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyən şahid Emin Hüseynov təftiş dövrü ərzində 3 hərbi hissədə işlədiyini deyib. Birinci hərbi hissədə 169 min manat, digər hərbi hissədə isə 505 min çatışmazlıq olub, 300 min manata yaxın pulu Cəlal Kazımova verib:

“İşlədiyim digər hərbi hissədə 690 min manat çatışmazlıq aşkar olunmuşdu. Cari hesabda qalan 105 min manatı Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Həsən Paşayevə vermişəm”.

O, əlavə edib ki, qalan pulun 65 faizini Cəlal Kazımova verib, 35 faizi isə özünə qalıb. Ümumilikdə işlədiyi bütün hərbi hissələrdə mənimsənilən pullardan 350 min manat ona qalıb, dəymiş ziyandan 17 min manatı ödəyib.

Şahid Cəmil Quliyev bildirib ki, hadisə vaxtı maliyyə xidmət rəisi işləyib. İşlədiyi hərbi hissədə yoxlama zamanı 1 milyona yaxın çatışmazlıq aşkar olunub:

"Pulun 60 faizini həmin vaxt korpus komandiri işləmiş Yaşar Rzayev və Nazim Süleymanova vermişəm, 290 min manat pul isə özümə qalıb. Həmin məbləğdən 10 min manatı büdcəyə ödəmişəm" .

Proses fevralın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıblar.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb Bu gün, 20:48 Günəşdə böyük dəlik aşkar edildi Bu gün, 20:48 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq Bu gün, 20:48 Təsərrüfat sahibləri üçün yenilik Bu gün, 20:48 İş axtaranlara şad xəbər Bu gün, 20:48 Sahibə Qafarova Qazaxıstana səfər edib Bu gün, 19:48 Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb Bu gün, 19:48 Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia Bu gün, 19:48 Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək Bu gün, 19:48 DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək Bu gün, 19:48 Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq Bu gün, 18:48 24 tona yaxın yararsız hind quşu əti məhv edildi Bu gün, 18:48 Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib Bu gün, 18:48 Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər" Bu gün, 18:48 Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR Bu gün, 18:48 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər Bu gün, 18:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Bu gün, 17:48 Onlar COP31-də çxış edəcəklər Bu gün, 17:48 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb Bu gün, 17:48 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava Bu gün, 17:48 Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib Bu gün, 17:48 Azərbaycanlı müğənni evindəki 20 min manatlıq qızıl məcməyini nümayiş etdirdi Bu gün, 17:48 Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər Bu gün, 17:48 Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər Bu gün, 17:48 Bir qrup media nümayəndəsi təltif edilib - SƏRƏNCAM Bu gün, 16:48 İlham Əliyev brazilyalı həmkarını təbrik edib Bu gün, 16:48 Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb Bu gün, 16:48 Əməkdar artist vəfat edən Xalq artistləri ilə fotosunu paylaşdı Bu gün, 16:48 İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi Bu gün, 16:48 Baku TV-nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edildi Bu gün, 16:48 Eyfel qülləsi etirazlar səbəbindən ziyarətçilər üçün bağlanıb Bu gün, 16:48 Gələcəkdə yay yarım il davam edə bilər – ŞOK PROQNOZ Bu gün, 16:48 "Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb Bu gün, 15:50 Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb Bu gün, 15:50 Sumqayıtda təmizlik işçiləri 2 aydır maaş ala bilmir - İcradan CAVAB Bu gün, 15:49 Kriştiano Ronaldo millidən AYRILDI Bu gün, 15:49 İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək Bu gün, 15:48 Arda Turanın həyat yoldaşı: "Münasibətdə dava etmək lazımdır" Bu gün, 15:48 "İlham Əliyev alnından öpüləcək adamdır" Bu gün, 15:48 Azərbaycanda vergi və sığorta daxilolmaları AÇIQLANDI Bu gün, 15:48 Əməkdar artist muğam mərkəzi açıb Bu gün, 15:48 İlham Əliyev Radiorabitə Reqlamentinin yenilənmiş variantını təsdiqləyib Bu gün, 15:48 Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ Bu gün, 15:48 Azərbaycanda ilk dəniz milli parkı yaradılır Bu gün, 15:48 Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi Bu gün, 14:48 AİD Group rəhbəri Samir Yəhyazadə barəsində Apellyasiya Məhkəməsi yeni qərar verib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR