20-10-2023, 18:12 759

Külli miqdarda mənimsəmədə təqsirləndirilən polkovnik-leytenantın cinayət işi üzrə şahid dindirilib

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, külli miqdarda mənimsəmədə təqsirləndirilən polkovnik-leytenant Mahir Şirvanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"AVESTA.AZ"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rüstəm Səlimov ifadə verib.

O, təqsirləndirilən şəxs olan Mahir Şirvanovu tanımadığını, MMC-nin icraçı direktoru olduğunu söyləyib: "Rəhbərlik etdiyim şirkət ərzaq məhsullarının satışı ilə məşğul olub. 2018-ci ildən Müdafiə Nazirliyinə ərzaq məhsullarının verilməsi ilə məşğul olmuşuq. Bizim MMC-nin Müdafiə Nazirliyi ilə bu illər ərzində 20-30 müqaviləsi olub".

Şahid deyib ki, şirkət qarabaşaq, düyü, sirkə və digər məhsullarının satışı ilə məşğul olub.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi ilə müqaviləni MMC-nin rəhbəri kimi özü bağlayıb. Müdafiə Nazirliyi ilə MMC-nin 2018-2021-ci illər ərzində ərzaq məhsullarının tədarükü ilə bağlı müqavilələri olub.

R.Səlimov qeyd edib ki, Müdafiə Nazirliyi ilə müqaviləni başqa bir şirkətin əməkdaşı Aftandil Abdiyevin vasitəçiliyi ilə bağlayıb: "Aftandil Abdiyevin özü də nazirliklə işləyib. Onun vasitəsi ilə mən də bu işlə məşğul olmağa başlamışam. Biz danışdıqdan sonra məhsulların qiymətlərini yazılı qaydada nazirliyə təqdim etmişik. Məhsulların qiymətlərinə baxıldıqdan sonra müqavilə imzalamışıq".

Şahid deyib ki, müqavilə Müdafiə Nazirliyində hazırlanıb: "Hazır müqaviləni nazirliyin giriş qapısına qoyublar. Mən də gedərək ordan götürmüşəm və imzalayaraq geri qaytarmışam. Müqavilədə məhsulların qiymətini bazara uyğun təklif edirdik. Qiymətlərin şişirdilməsi olmayıb. Bütün məhsulların qiyməti real bazar qiymətinə uyğun olub".

Prokuror şahidin nəzərinə çatdırıb ki, Müdafiə Nazirliyi ilə bağlanılan müqavilə əsasında məhsulların qiymətlərinin şişirdilməsi nəticəsində dövlət büdcəsindən 4 milyon manat mənimsənilib. Şahid deyib ki, bu mənimsəmə faktından onun xəbəri olmayıb.

Növbəti proses oktyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı Bu gün, 22:48 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Bu gün, 22:48 Ət niyə bahalaşır? Bu gün, 22:48 Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib Bu gün, 22:48 Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Bu gün, 21:48 "Haber Global": İlham Əliyevdən Qarabağa anlamlı ziyarət Bu gün, 21:48 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq" Bu gün, 21:48 Benzinlə işləyən avtomobillər tarixə qovuşacaq? - AQC sədrindən açıqlama Bu gün, 21:48 Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 21:48 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 21:48 Qanlı Yanvarın həkim şahidi vəfat etdi Bu gün, 21:48 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Bu gün, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Bu gün, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Bu gün, 20:48 Millimiz üçüncü dəfə dünya çempionu oldu Bu gün, 19:49 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Bu gün, 19:48 SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb Bu gün, 19:48 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur Bu gün, 19:48 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Bu gün, 19:48 İlham Əliyev: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi Bu gün, 18:48 Prezident: Ermənilər 30 il torpaqları viran qoymuşdu, biz isə cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq Bu gün, 18:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq Bu gün, 18:48 Anar Bağırov 8 Noyabr – Zəfər Günü münasibətilə qazi vəkillərlə görüşüb Bu gün, 18:48 Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var Bu gün, 18:48 Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı Bu gün, 17:48 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər Bu gün, 17:48 Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib Bu gün, 17:48 Pentaqon rəhbəri impiçment cəhdlərinə qarşı mübarizə aparacağını açıqladı Bu gün, 17:48 Prokuror Kamran Əsədova cəza istədi Bu gün, 17:48 Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub Bu gün, 17:48 Aliment məbləği müzakirə edildi Bu gün, 17:48 "İsmayıllı şoru", "İvanovka qatığı" adı ilə alıcılar ALDADILIB Bu gün, 16:51 Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək Bu gün, 16:51 Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir Bu gün, 16:50 Noyabrın 9-u bu yollar BAĞLANACAQ Bu gün, 16:50 Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı elmi-nəzəri konfrans keçirilib Bu gün, 16:50 "Global Media Group"da 44 günlük Vətən müharibəsində iştirak etmiş şirkət əməkdaşları ilə görüş keçirilib Bu gün, 16:50 83 yaşlı Əlövsət Polad vəfat etdi Bu gün, 16:49 Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib Bu gün, 16:49 Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib Bu gün, 16:48 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 15:49 Biləcəridə meşəlik ərazi MƏHV OLUR - Yeni ağaclar ərazidə niyə əkilmir? Bu gün, 15:49 Maaşlar artıq SAATLA HESABLANACAQ: Kimlər daha çox qazanacaq? Bu gün, 15:49 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb Bu gün, 15:49 Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər Bu gün, 15:49 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir Bu gün, 15:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR