
Göygöldə bıçaqlanma olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü C.Həmzəyev rayon ərazisində bıçaqlanıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində C.Həmzəyevə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı İ.Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.