
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qeşm adası üzərində ABŞ-nin növbəti "MQ-1" pilotsuz uçuş aparatının ələ keçirilərək məhv edildiyini açıqlayıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl ABŞ-nin 16-cı "MQ-1" pilotsuz uçuş aparatı Qeşm adası səmasında SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək məhv edilib", - bəyanatda deyilir.
SEPAH-ın məlumatına görə, vurulan aparat ABŞ ordusunun "MQ-1" ailəsinə məxsus kəşfiyyat-zərbə pilotsuz uçuş aparatıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.