
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsümə 2 oyunla start verilib.
AVESTA.AZ xəbər verir ki, I turda "Milli Aviasiya Akademiyası" "Gəncə" ilə, "Azərmaş Abşeron" isə "Naxçıvan"la üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən "Azərmaş Abşeron" - "Naxçıvan" oyununda Naxçıvan təmsilçisi 3:0 (25:20, 25:13, 25:12) hesablı qələbə qazanıb.
"Milli Aviasiya Akademiyası" Voleybol Klubunun idman zalında gerçəkləşən "Milli Aviasiya Akademiyası" - "Gəncə" matçında isə ev sahibləri qalib gəliblər - 3:0 (25:22, 25:17, 25:19).
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.