
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ Zəfərinin ildönümü ərəfəsində bölgəyə səfər edib, orada davam edən tikinti işləri ilə yerində tanış olub və daha sonra yerli sakinlərlə görüşüblər".
AVESTA.AZ xəbər verir ki, bu barədə "Haber Global" telekanalının hazırladığı videosüjetdə deyilir.
Qeyd olunub ki, yerli sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev bir sıra vacib açıqlamalar verib.
"Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik", - deyə dövlətimizin başçısı Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüş zamanı söyləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.