
Baku TV 8 Noyabr - Zəfər Günü "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb.
BAKU.WS xəbər verir ki, videomaterialda Vətən müharibəsində qazanılan zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri davam etdirildiyi, bölgənin enerji infrastrukturunun yenidən qurulduğu, ən çətin relyefli ərazilərə belə elektrik xətlərinin çəkildiyi qeyd olunub.
Süjetdə sıldırım qayaları aşan enerji xətləri, mürəkkəb şəraitdə çalışan mütəxəssislər və gecə-gündüz davam edən quruculuq işləri, Qarabağda yeni həyatın təməlini qoymasından da bəhs edilib.
Videomaterialda vurğulanıb ki, burada hər yanan işıq, hər çəkilən xətt "Böyük Qayıdış"a doğru atılan növbəti addımın göstəricisidir.
Sujeti noyabrın 7-i saat 21:45-də "Baku TV"də izləmək mümkündür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.