
Ötən gün "Netflix"in Türkiyədəki 10 illik yubileyi qeyd olunub.
BAKU.WS xəbər verir ki, bu məqsədlə təmtəraqlı qala təşkil edilib. Bir çox məşhurun axın etdiyi gecədə gözlənilməz hadisə yaşanıb.
Sosial media fenomeni Bahar Candan məclisə buraxılmayıb.
O jurnalistlərə açıqlamasında salonda saçlarını gec düzəltdirdiyi üçün tədbirə gecikdiyini bu səbəbdən də içəri buraxılmadığını deyib.
Hadisənin əsli isə başqa olub.
Belə ki, Baharın adı məclisə dəvət edilən qonaqlar sırasında olmayıb. Bu səbəbdən də onu tədbirə buraxmayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.