Bu gün, 22:48 93

Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib

Azərbaycanın Serbiyadakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul keçirib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, tədbirdə Serbiyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri, eləcə də elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin tanınmış nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Serbiyanın Dövlət himnləri səsləndirilib.

Sonra açılış nitqi ilə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, Zəfər Günü milli birliyin, qətiyyətin, dövlətçiliyin, eləcə də Azərbaycan xalqının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini bərpa etmək əzminin rəmzidir.

Səfirin sözlərinə görə, bu hadisə Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində və Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşmasında dönüş nöqtəsi olub. Diplomat Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra təxminən üç onillik ərzində Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, nəticədə ölkə ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyon insanın qaçqın və məcburi köçkün düşdüyünü xatırladıb.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi təxminən üç onillik ərzində icra edilməyib.

T.Tağızadə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin tarixi dönüş nöqtəsi olduğunu, 2023-cü ilin sentyabrında isə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində suverenliyini bərpa etdiyini diqqətə çatdırıb.

Səfir tarixi Zəfərin əldə olunmasının dörd əsas amilini qeyd edib. Bunlar Prezident İlham Əliyevin qətiyyətli siyasi liderliyi və strateji baxışı, Azərbaycan Silahlı Qüvvələrinin şücaəti və peşəkarlığı, xalqın milli birliyi və həmrəyliyi, eləcə də Azərbaycanın dostlarından və beynəlxalq tərəfdaşlarından aldığı siyasi və mənəvi dəstəkdir.

T.Tağızadə Azərbaycan-Serbiya münasibətlərinə də toxunub. Bildirib ki, iki ölkə qarşılıqlı hörmət, etimad, suverenliyə və ərazi bütövlüyünə dəstək, eləcə də beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqlik əsasında möhkəm strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Yüksək səviyyəli siyasi dialoq enerji, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl yaradır. O, SOCAR-ın Niş şəhərində kombinə edilmiş istilik və elektrik enerjisi istehsalı (CCGT) layihəsini, eləcə də "AzVirt" şirkətinin Serbiyada infrastruktur şəbəkəsinin təkmilləşdirilməsi istiqamətindəki fəaliyyətini ikitərəfli əməkdaşlığın konkret nümunələri kimi göstərib.

Daha sonra Azərbaycanın Serbiyadakı hərbi attaşesi polkovnik-leytenant Elməddin Həsənov çıxış edərək, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi imkanları, müasir texnologiyalardan istifadə və Şuşanın azad edilməsi əməliyyatının xüsusiyyətləri barədə danışıb.

O bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin tarixində həlledici məqam olub. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu döyüş hazırlığını, peşəkarlığını, müasir hərbi imkanlarını və ölkənin ərazi bütövlüyünü bərpa etmək əzmini nümayiş etdirib.

Hərbi attaşenin sözlərinə görə, müharibənin mühüm xüsusiyyətlərindən biri müasir pilotsuz uçuş aparatlarından geniş istifadə edilməsi olub. Azərbaycan bu sistemlərdən kəşfiyyat, düşmən mövqelərinin müşahidəsi və hərbi hədəflərə dəqiq zərbələrin endirilməsi məqsədilə yararlanıb.

O, həmçinin Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, iki ölkənin müdafiə qurumları arasında hərbi əməkdaşlıq, peşəkar təcrübə mübadiləsi və dialoq bu tərəfdaşlığın mühüm tərkib hissələridir.

Sonda hərbi attaşe bildirib ki, Zəfər Günü ordunun gücünün yalnız silah və texnologiya ilə deyil, həm də əsgərlərin peşəkarlığı, intizamı, cəsarəti və qətiyyəti ilə ölçüldüyünü xatırladır.

Paylaş

Xəbər lenti

Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Bu gün, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Bu gün, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Bu gün, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Bu gün, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Bu gün, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Bu gün, 23:48 Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı Bu gün, 22:48 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Bu gün, 22:48 Ət niyə bahalaşır? Bu gün, 22:48 Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib Bu gün, 22:48 Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Bu gün, 21:48 "Haber Global": İlham Əliyevdən Qarabağa anlamlı ziyarət Bu gün, 21:48 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq" Bu gün, 21:48 Benzinlə işləyən avtomobillər tarixə qovuşacaq? - AQC sədrindən açıqlama Bu gün, 21:48 Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 21:48 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 21:48 Qanlı Yanvarın həkim şahidi vəfat etdi Bu gün, 21:48 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Bu gün, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Bu gün, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Bu gün, 20:48 Millimiz üçüncü dəfə dünya çempionu oldu Bu gün, 19:49 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Bu gün, 19:48 SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb Bu gün, 19:48 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur Bu gün, 19:48 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Bu gün, 19:48 İlham Əliyev: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi Bu gün, 18:48 Prezident: Ermənilər 30 il torpaqları viran qoymuşdu, biz isə cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq Bu gün, 18:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq Bu gün, 18:48 Anar Bağırov 8 Noyabr – Zəfər Günü münasibətilə qazi vəkillərlə görüşüb Bu gün, 18:48 Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var Bu gün, 18:48 Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı Bu gün, 17:48 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər Bu gün, 17:48 Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib Bu gün, 17:48 Pentaqon rəhbəri impiçment cəhdlərinə qarşı mübarizə aparacağını açıqladı Bu gün, 17:48 Prokuror Kamran Əsədova cəza istədi Bu gün, 17:48 Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub Bu gün, 17:48 Aliment məbləği müzakirə edildi Bu gün, 17:48 "İsmayıllı şoru", "İvanovka qatığı" adı ilə alıcılar ALDADILIB Bu gün, 16:51 Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək Bu gün, 16:51 Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir Bu gün, 16:50 Noyabrın 9-u bu yollar BAĞLANACAQ Bu gün, 16:50 Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı elmi-nəzəri konfrans keçirilib Bu gün, 16:50 "Global Media Group"da 44 günlük Vətən müharibəsində iştirak etmiş şirkət əməkdaşları ilə görüş keçirilib Bu gün, 16:50 83 yaşlı Əlövsət Polad vəfat etdi Bu gün, 16:49 Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib Bu gün, 16:49 Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR