
Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürüb.
Bu barədə "AVESTA.AZ"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 2 tapança, 4 qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 105 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.