
Türkiyənin Samsun şəhərinin Vezirköprü rayonunda şagirdləri daşıyan avtobus aşıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində sürücü və 19 şagird yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.