24-03-2024, 18:02 688

Spiker: Azərbaycan və Ermənistan parlamentləri arasında görüşlər konstruktiv müzakirələr üçün faydalı mexanizm olacaq

Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında "Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması" mövzusunda çıxış edib.

"Report" xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Milli Məclisin spikeri Parlamentlərarası İttifaqın 148-ci Assambleyasının işinə uğurlar arzulayıb.

O, sülh, təhlükəsizlik və qarşılıqlı anlaşma məsələsinin qurumun 2024-cü il üçün strateji siyasət istiqaməti və müzakirələrin mövzusu kimi seçilməsinin önəmini vurğulayaraq, bildirib ki, sülh və qarşılıqlı anlaşma məsələsi böyük əhəmiyyət qazanaraq həlledici bir amilə çevrilib. Daha yaxşı bir dünyaya olan ümidlərimiz sülh və qarşılıqlı anlaşma ilə sıx bağlıdır.

Sahibə Qafarova bu gün dünyanın daha parçalanmış və daha təhlükəli hala gəlməsindən söz açaraq bildirib ki, bunun beynəlxalq qaydalara əməl olunmamasının, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük təşkil etməsinin nəticəsi kimi çoxtərəfli mexanizmlərin səmərəsizliyi ilə əlaqələndirildiyi barədə müzakirələr var.

Spiker diqqətə çatdırıb ki, bu məsələlər bir neçə gün əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən 68 ölkədən 400-dən artıq yüksək səviyyəli qonağın iştirak etdiyi 11-ci Qlobal Bakı Forumu çərçivəsində "Parçalanmış dünyanın bərpası" mövzusunda geniş müzakirə olunub.

Birləşmiş Millətlər Təşkilatının mərkəzində dayanan daha güclü, daha səmərəli və çoxtərəfli inklüziv sistemin yaradılması zərurəti ilə bağlı ümumi konsensusun mövcudluğuna diqqət çəkən spiker bildirib ki, bu sistem beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinin ciddi şəkildə, ayrı-seçkilik qoymadan tətbiqinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinə, ədalətin qorunmasına əsaslanmalıdır. Vurğulanıb ki, bu, hamımızın nail olmağa çalışdığı sülhü və anlaşmanı bərpa etmək və qorumaq üçün bir ön şərtdir.

Milli Məclisin sədri parlament diplomatiyasının artan əhəmiyyətinə toxunaraq, parlamentlərin sülh və qarşılıqlı anlaşmaya nail olmaqda rolu barədə fikirlərini bölüşüb. O, deyib ki, parlament diplomatiyası qlobal problemlərin həllində çoxtərəfliliyin və beynəlxalq əməkdaşlığın qorunub saxlanılmasının hər zamankındən daha vacib olduğu mövcud beynəlxalq çətinliklər kontekstində ölkələrarası əlaqələrdə mühüm amilə çevrilib. Onun sözlərinə görə, daha geniş bir perspektivdən baxılmalı olan sülh və təhlükəsizlik problemlərinə qarşı parlamentləri təkbaşına bir vasitə kimi görmək həddindən artıq nikbinlik olardı. Lakin dialoqun sülh üçün əsas tələb olması konsepsiyasını nəzərə alsaq, parlamentlər sülhə və qarşılıqlı anlaşmaya körpü salmaq üçün effektiv əlavə mənbəyə çevrilirlər. Xalqın nümayəndələri olaraq parlamentlər etimad, təhlükəsizlik və sülh içində dinc birgə yaşamaq kimi məsələlərin həllinə mühüm töhfələr verə bilərlər.

Milli Məclisin sədri bu kontekstdə PAİ rəhbərliyinin, xüsusən də baş katib Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin spikerlərinin ilk görüşü üçün platforma təqdim etməsində rolunu yüksək qiymətləndirib. O, bildirib ki, bu gün hər iki ölkə sülhə əvvəlkindən daha yaxındır. İki ölkənin parlamentləri arasında bu cür görüşlər konstruktiv müzakirələr üçün faydalı mexanizm olacaq.

Spiker Sahibə Qafarova xüsusilə söyləyib ki, bəyan edilmiş hədəflərindən yayınan digər bəzi parlamentlərarası təşkilatlardan fərqli olaraq, PAİ dialoq baxışına sadiq qalır və tərəflər arasında təmaslara körpü yaratmaq kimi mühüm rol oynayır.

Sülh və qarşılıqlı anlaşmanın bu gün qarşılaşdığımız qlobal problemlərin həlli üçün ilk və ən vacib şərt olduğunu ifadə edən Sahibə Qafarova sülh və qarşılıqlı anlaşma olmadan qlobal və təcili cavab tədbirləri tələb edən problemlərin birgə həlli üçün lazım olan həmrəyliyi və səmimi dialoqu təmin etməyin çətinliyini diqqətə çatdırıb. Kollektiv səy tələb edən ən böyük problemlərdən birinin iqlim dəyişikliyi olduğunu bildirən spiker deyib ki, gələcək nəsillərin taleyi bu gün atacağımız addımlardan asılıdır.

Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasının ev sahibi olaraq seçilməsini və tədbirin bu ilin noyabr ayında Bakıda keçirilməsinin nəzərdə tutulmasını Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə İqlim Dəyişikliyi ilə mübarizə səylərinin tanınması kimi qiymətləndirən Milli Məclisin sədri bizim bundan böyük şərəf duyduğumuzu və bu məsələdə məsuliyyəti də dərk etdiyimizi deyib. Sahibə Qafarova bildirib ki, ümumi iş naminə toplumları və ölkələri birləşdirmək potensialına malik olan Azərbaycan beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinə yönəlmiş, ədalətli və dayanıqlı gələcəyin gerçəkləşdirilməsi səylərini istiqamətləndirməyə hazırdır.

İqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etmək və hədəflərimizə çatmaq üçün bütün tərəflərin iştirakının vacibliyini vurğulayan spiker Sahibə Qafarova deyib ki, davamlı və firavan gələcək üçün ortaq baxışlarımızı yalnız konstruktiv əməkdaşlıq, daha böyük məsuliyyət və kollektiv fəaliyyət sayəsində həyata keçirə biləcəyik.

Parlamentlərarası İttifaqın iqlim dəyişikliyini təcili müdaxilə tələb edən dörd prioritet sahədən biri olaraq təyin etməsinə diqqət çəkən Sahibə Qafarova Parlamentlərarası İttifaqın parlamentlərin iqlim dəyişikliyi ilə mübarizə və iqlim dəyişikliyi fəaliyyətlərini səfərbər etmək səylərini dəstəkləmək istiqamətində böyük yol qət etdiyini bildirib.

Spiker diqqətə çatdırıb ki, bu məsələnin Parlamentlərarası İttifaqın fəaliyyəti üçün xüsusi əhəmiyyətini nəzərə alaraq və Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırır. Bildirilib ki, bu görüş parlamentarilərə iqlim dəyişikliyi ilə mübarizədə fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizəyə dair hansı təkliflər verə biləcəklərini müzakirə etmək üçün mühüm imkanlar yaradacaq.

Paylaş

Xəbər lenti

Mirziyoyev ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb Bu gün, 19:48 Ömrü uzatmağa kömək edən 30 saniyəlik sadə hərəkət Bu gün, 19:48 Mirziyoyev: Tələbə qızların sayının artması Özbəkistanda Üçüncü İntibah dövrünün əlamətidir Bu gün, 19:48 Azərbaycan Polşaya etiraz etdi: Səfir XİN-ə çağırıldı Bu gün, 19:48 Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib Bu gün, 18:48 Şamaxı sakinlərini boğaza yığan problem: "21-ci əsrdir, belə yaşayış olar?!" Bu gün, 18:48 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək Bu gün, 18:48 Mirziyoyev: Özbəkistan ÜDM-in 160 milyard dollara qədər artırılması hədəfini vaxtından əvvəl yerinə yetirəcək Bu gün, 18:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... Bu gün, 18:48 Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək Bu gün, 18:48 Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır Bu gün, 18:48 Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bu gün, 17:48 Rusiyanın yerinə üçüncü dövlət: Paşinyan kimi nəzərdə tutur? Bu gün, 17:48 Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" Bu gün, 17:48 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir Bu gün, 17:48 Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə" Bu gün, 17:48 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI Bu gün, 17:48 Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır Bu gün, 17:48 Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb Bu gün, 16:48 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB Bu gün, 16:48 Kəlbəcərə dolu yağıb Bu gün, 16:48 SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 16:48 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək Bu gün, 16:48 SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb Bu gün, 16:48 Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır" Bu gün, 16:48 "Barselona"ya getmək istəyən Alvarezə Simeonedən gözlənilməz mesaj Bu gün, 16:48 BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyasında mükafata layiq görülüb! Bu gün, 15:48 Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib Bu gün, 15:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatdı Bu gün, 15:48 Premyer Liqa: "Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb Bu gün, 15:48 Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ Bu gün, 15:48 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub Bu gün, 15:48 Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik Bu gün, 15:48 Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edib Bu gün, 15:48 "Pafos"da son oyunları buraxan Murad Məmmədov 2-3 həftəyə yaşıl meydanlara qayıdacaq Bu gün, 15:48 "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib Bu gün, 15:48 Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək Bu gün, 14:48 Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı Bu gün, 14:48 SOCAR-ın idarəsi 7 ayda qeyri-neft ixracından 176 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 14:48 Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Nigar Fərhad sərbəst buraxıldı Bu gün, 14:48 Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu Bu gün, 14:48 Gəncədə 64 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir Bu gün, 14:48 Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə yazdı Bu gün, 14:48 Qida allergiyası: Əlamətləri tanımaq həyati əhəmiyyət daşıyır Bu gün, 14:48 Bakıda yeni stansiyaların inşası digər tikililərə mənfi təsir edə bilər? - RƏSMİ Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR