21-02-2022, 23:47 913

Olimpiada nə ilə yadda qalacaq... -

Pekin Olimpiadası təkcə yeni idman nailiyyətləri və emosional anları ilə tarixə düşməyəcək. Həmçinin, bu Oyunlar bəzi idmançıların şikayət etdiyi sərt koronavirus məhdudiyyətləri və ABŞ-ın diplomatik boykotundan tutmuş Ukrayna məsələsinin kəskinləşməsinə qədər geosiyasi gərginliyin artması ilə yadda qalacaq.

Avesta xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat verib. Bazar günü, fevralın 20-də Pekində həm gərgin rəqabət, həm emosional anları, həm də koronavirus məhdudiyyətləri və geosiyasi gərginliyi ilə tarixə düşəcək Olimpiya Oyunlarının bağlanış mərasimi keçirildi.

“Quş yuvası” adıyla tanınan Pekin Milli Stadionunda baş tutan bağlanış mərasimi uşaqların əllərində qar dənəcikləri fənərləri ilə rəqs etmələri ilə başladı. Tədbirin sonunda parlaq qar dənəcikləri səmaya uçdu, stadionun üzərində atəşfəşanlıq yaşandı və “Bir dünya, bir ailə” şüarı alovlandı.

Kanalın qeyd etdiyi kimi, Qış Olimpiya Oyunlarının açılışı kimi, onun bağlanışı da 2008-ci ildə Pekində keçirilən yay oyunları ilə müqayisədə daha sadə formatda baş tutub. Təşkilatçılar öz konsepsiyalarında Çin adət-ənənələrinə, uşaqlara və adi insanlara daha çox diqqət yetiriblər. Koronavirus məhdudiyyətləri səbəbindən bağlanış mərasiminin biletləri satışda olmadığı üçün xüsusi dəvətlə stadiona gələn tamaşaçıların sayı az idi.

Tarixdə həm yay, həm də qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olan Pekin estafeti 2026-cı ildə növbəti Oyunların keçiriləcəyi İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərinə ötürdü.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Pekin Olimpiya Oyunlarına yekun vuran çıxışında yarışda iştirak edənlərin idman ruhunu yüksək qiymətləndirib: “Siz bir-birinizə nəinki hörmət edirdiniz və baxmayaraq ki, ölkələriniz arasında münaqişələr yaşanır, bir-birinizi dəstəkləyir və qəbul edirdiniz. Qoy həmrəylik və sülh nümunəniz bütün dünyada siyasi liderlər üçün ilham mənbəyi olsun”. Bax həmçinin beynəlxalq ictimaiyyəti insanların peyvəndlərə əlçatanlığını təmin etməyə və pandemiyaya son qoymaq üçün birlikdə daha ​​sürətli, daha yüksək və dah güclü olmağa çağırıb. 

Telekanalın məlumatına görə, artıq arxada qalan Olimpiada təkcə bəzi idmançıların bəzən şikayət etdiyi ən sərt koronavirus məhdudiyyətləri ilə yadda qalmayacaq. ABŞ başda olmaqla bir sıra ölkələrin diplomatik boykotunu, Oyunlar zamanı Rusiya ilə Ukrayna arasında gərginliyin artmasını, 15 yaşlı rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva ilə bağlı səs-küylü “dopinq dastanı”nı qeyd etməmək mümkün deyil.

Bundan əlavə, kanal xatırladır ki, Olimpiada ərəfəsində medianın fəal şəkildə işıqlandırdığı mövzulardan biri də ABŞ-ın hətta “soyqırım” adlandırdığı Çin hökuməti tərəfindən müsəlman uyğurlara qarşı təzyiqlər olub. Pekin dəfələrlə bütün bu ittihamları rədd edib və açılış mərasimində Olimpiya məşəlini yandırmaq üçün uyğur idmançının seçilməsi kimi simvolik addım atıb.

Xatırladaq ki, ümumi medal sıralamasında birinci yeri əhalisi 5 milyondan bir qədər çox olan, qış idman növləri üzrə tez-tez lider mövqedə qərarlaşan Norveç tutub. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Almaniya, Kanada və ABŞ qərarlaşıb. Olimpiadaya ev sahibliyi edən Çin 15 medal qazandı, 2018-ci ildə Cənubi Koreyanın Pxyonçxan şəhərində keçirilən sonuncu Olimpiadada Çin idmançıları 9 medal qazanmışdı.

“İki həftəlik Olimpiya dramının pərdəsi aşağı düşsə də, idman həvəskarlarının narahat olmasına ehtiyac yoxdur. Bu Oyunlar başa çatsa da, bizi Pekində martın 4-də başlayıb 13-də bitəcək Paralimpiya Oyunları gözləyir”, - deyə NBC News bildirib. (Moderator)

Paylaş

Xəbər lenti

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular Bu gün, 11:48 Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı Bu gün, 11:48 Nizami City-də təmirli mənzil kampaniyası başladı:  Məhdud sayda mənzil Bu gün, 11:48 Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub - RƏSMİ Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, bəyanat qəbul ediləcək Bu gün, 11:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Prezident İlham Əliyev Laosa səfərə dəvət edilib Bu gün, 11:48 İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib Bu gün, 11:48 Azərbaycanın Aİ-98 benzini aldığı ölkələr – SİYAHI Bu gün, 11:48 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı Bu gün, 11:48 Çin krossoveri Böyük Britaniyada satışların zirvəsinə yüksəldi! Bu gün, 10:48 ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 milyard manatı ötüb Bu gün, 10:48 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..." Bu gün, 10:48 Əli Kərimlinin məhkəməsi başlayır Bu gün, 10:48 Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU Bu gün, 10:48 "Neftçi" XXI əsrdə ilk 10 tur üçün qol rekordunu yeniləyib Bu gün, 10:48 Blok3 reklama çəkilmək üçün 100 milyon istədi Bu gün, 10:48 Azeri Light nefti kəskin ucuzlaşıb: Qiyməti 116 dollara düşüb Bu gün, 10:48 Gürcüstan-Azərbaycan sərhədində əməliyyat - 433 mobil telefon aşkarlandı Bu gün, 10:48 Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar Bu gün, 09:48 Qaradağda yeni körpülərin sayı 5-ə çatıb, onlardan 3-ü Qobustandadır Bu gün, 09:48 Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - QİYMƏTLƏR Bu gün, 09:48 Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 09:48 UEFA Çempionlar Liqasında IV turun həyəcanı başlayır: Bu gün 9 oyun keçiriləcək Bu gün, 09:48 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü Bu gün, 09:48 Rusiya və Ukrayna arasında yeni danışıqlar: Tarix və məkan açıqlanıb Bu gün, 09:48 18 yaşlı müştəri kafe sahibini bıçaqladı Bu gün, 09:48 Kanadada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ Bu gün, 08:48 Hesaba görə başlayan mübahisə qanla bitdi Bu gün, 08:48 Bu rayonlarda işıq olmayacaq - Siyahı Bu gün, 08:48 Müctəba Xameneinin olduğu yer niyə gizli saxlanılır? Bu gün, 08:48 Bərdədə qadın evində ölü tapıldı Bu gün, 08:48 Rusiyada erməniəsilli iş adamının arvadını və qızını qəddarlıqla öldürən şəxsə hökm oxundu Dünən, 23:48 Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb Dünən, 23:48 Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib Dünən, 23:48 Avropa ölkələrində supermarketlərə kiberhücum: Milyonlarla avroluq ərzaq korlandı Dünən, 23:48 Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib Dünən, 23:48 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var Dünən, 22:48 Sabah Bakının bir çox ərazilərində işıq kəsiləcək Dünən, 22:48 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır Dünən, 22:48 Darçın qan şəkərinin səviyyəsinə necə təsir edir? - VACİB TÖVSİYƏ Dünən, 22:48 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir Dünən, 22:48 Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib Dünən, 21:48 Samir Şərifov: Orta Dəhlizin inkişafı regional inteqrasiyaya töhfə verir Dünən, 21:48 Kamara Usman: "Volkanovski tarixdəki ən yaxşı yarım yüngül çəkili döyüşçüdür" Dünən, 21:48 Azərbaycan taekvondoçusu Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR