Dünən, 11:48 75

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib.

AVESTA.AZ xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı səfirin etimadnaməsini Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ötən ay ölkəmizə rəsmi səfərindən sonra təqdim etdiyini vurğuladı. Prezident İlham Əliyev səfərin çox uğurlu olduğunu dedi. Bildirdi ki, münasibətlərimizin dostluq xarakterini nümayiş etdirən bu səfər zamanı ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olundu.

Azərbaycan Prezidenti Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Laosun yüksək səviyyədə iştirak etdiyini dedi. Dövlətimizin başçısı AQEM-in beynəlxalq nüfuzunun artdığını vurğuladı, məhz ölkəmizin sədrliyi dövründə Laosun bu təşkilatın tamhüquqlu üzvü olmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il uzadılması ilə bağlı qərarın bütün üzv dövlətlər, o cümlədən Laos tərəfindən dəstəklənməsinə görə minnətdarlığını bildirdi, bunu ölkəmizə olan hörmətin nümunəsi kimi qiymətləndirdi.

Dövlətimizin başçısı səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Qəbula görə təşəkkür edən səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Səfir, həmçinin qeyd etdi ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqımıza bir daha minnətdarlığını bildirir. O, Laos Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırdı.

Səfir fəaliyyəti dövründə əməkdaşlığımızın inkişafı istiqamətində səylə çalışacağını dedi.

Söhbət zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Xəbər lenti

Bakıda birinci kurs tələbəsi bu səbəbdən öldü Bu gün, 13:48 Kredit götürənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu halda faizlər aşağı düşəcək... Bu gün, 13:48 Bu tarixdən 4 gün ardıcıl güclü YAĞIŞLAR YAĞACAQ - XƏBƏRDARLIQ Bu gün, 13:48 Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq Bu gün, 13:48 Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb Bu gün, 13:48 Ekspert ABŞ-nin İrana qarşı nüvə silahından istifadə ehtimalını qiymətləndirib Bu gün, 13:48 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib Bu gün, 13:48 Dollar Türkiyə lirəsi qarşısında tarixi rekordunu yenilədi Bu gün, 13:48 İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 PUA-sını vurduğunu açıqlayıb Bu gün, 13:48 Tehranda Trampın öldürülməsi ilə bağlı təhdid dolu plakat asılıb Bu gün, 13:48 Gələn il üçün Dövlət İnvestisiya Proqramı üzrə xərclərin tərkibi açıqlanıb Bu gün, 12:48 Qazaxda Səməd Vurğunun qohumu bıçaqlandı Bu gün, 12:48 Bakıda dəhşətli qəzanın görüntüləri - Ana və arabadakı uşağı maşın vurdu Bu gün, 12:48 Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq Bu gün, 12:48 "15 dəqiqəlik şəhər": Xırdalan dörd Azərbaycan şəhəri arasında öndədir Bu gün, 12:48 17 manatlıq yağ 21 manat olub - Qiymət niyə ucuzlaşmır? Bu gün, 12:48 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar Bu gün, 12:48 Hərbçilərin mənzil təminatına ayrılan vəsait 57 faiz azaldılır Bu gün, 12:48 Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb Bu gün, 12:48 Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin qalığı 3 dəfə artıb Bu gün, 11:48 Səudiyyə Ərəbistanı Azərbaycana 46,5 ton qurbanlıq ət göndərib Bu gün, 11:48 AZAL-a dotasiya 20 %-ə yaxın artırılır Bu gün, 11:48 Övlad gözləyənlərə ŞAD XƏBƏR - 1500 manat veriləcək Bu gün, 11:48 "Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! Bu gün, 11:48 Azərbaycanda dəfn pulu artırılır - 1200 manat olacaq Bu gün, 11:48 Gələn il Azərbaycanda 52 dövlət müəssisəsi dividend ödəməli olacaq Bu gün, 11:48 Saday Alıyevin məhkəməsi başladı - 3 milyonluq YEYİNTİ Bu gün, 11:48 Nərimanovda binadakı yanğın SÖNDÜRÜLDÜ Bu gün, 11:48 ABŞ-də aralıq seçkilərin ilkin nəticələri - Demokratlar Konqresdə çoxluğu ələ keçirir Bu gün, 11:48 ABŞ tarixində bir ilk: Müsəlman demokrat senator seçildi Bu gün, 11:48 "AnewZ" beynəlxalq televiziya kanalının iki yaşı tamam oldu Bu gün, 11:48 Azərbaycanda gələn il büdcə siyasətinin əsas istiqamətləri açıqlanıb Bu gün, 11:48 Sahil Babayev: "Neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük" Bu gün, 11:48 İşləyən analara verilən müavinət üç dəfəyə yaxın artırılır Bu gün, 11:48 Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! Bu gün, 10:48 Batrakov: "Çox xoşbəxtəm" Bu gün, 10:48 Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi Bu gün, 10:48 Metroda təmir işləri vaxtından əvvəl yekunlaşacaq? - RƏSMİ CAVAB Bu gün, 10:48 Taksi sürücüsü ilə qadın sərnişin arasında pulun qalığı üstündə mübahisə Bu gün, 10:48 Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb Bu gün, 10:48 Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir Bu gün, 10:48 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 113 dollara düşüb Bu gün, 09:49 UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir Bu gün, 09:48 Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı Bu gün, 09:48 Alyona Əliyeva "Alfred və Violetta" tamaşasından paylaşım edib - Foto Bu gün, 09:48 BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:48 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR