
Goranboy rayonunun Səfikürd kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü A.Mehdiyeva və 1967-ci il təvəllüdlü B.Baxışəliyev müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.