1-03-2022, 17:50 1442

"Çalışacağıq ki, Poreçdə ən yaxşısını edib, himnimizi səsləndirək və üçrəngli bayrağımızı yüksəklərə qaldıraq".

Avesta xəbər verir ki, bunu boks üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev 13 - 23 martda Xorvatiyanın Porets şəhərində təşkil olunacaq Avropa çempionatına hazırlıq barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis medallarla bağlı proqnoz verməsə də, yığmada yer alacaq hər bir idmançıya böyük ümid bəslədiyini bildirib: "Əsas hədəf Avropa çempionatında Azərbaycanın idman şərəfini layiqincə qorumaq və Bakıya mükafatlarla qayıtmaqdır. Ad və ya medal sayı açıqlaya bilməyəcəyəm. Amma komandamıza federasiya rəhbərliyinin də, bizim də ümidimiz böyükdür. Bir sözlə, komandamızın medallar qazanacağına ümidvarıq".

Abdullayevin sözlərinə görə, 19 - 22 yaşlı oğlan boksçulardan ibarət yığmanın turnir üçün Bakı Boks Mərkəzində keçirilən təlim-məşq toplanışı yüksək səviyyədə davam edir: "Komandanın heyətinə 10-dək idmançı çağırmışıq. Hazırda əsas millidən köməkçi boksçular da bizimlə birlikdədir. Bu, gənclərin daha təcrübəlilərlə sınaq döyüşləri keçirməsi və hazırlıqlı olması üçün atılan addımdır. Birgə təlim-məşq toplanışının hər 2 komandanın üzvlərinə faydalı olacağına inanıram”.

O, düşərgəyə dəvət etdiyi boksçuların hazırkı durumunu da dəyərləndirib: "Düzdür, koronavirus pandemiyası səbəbindən bir balaca çətinliklər yaşadıq. Ölkə çempionatı və gənclər arasında Azərbaycan birinciliyi də bir qədər gec keçirildi. Amma bunun bizim işimizə və uğurlu çıxışımıza təsiri olmayacaq. Avropa çempionata hazırlıq üçün qısa müddət qalsa da, yarışa komandamızın tam hazır olması üçün əlimizdən gələni edirik. Hədəfimiz Xorvatiyada yaxşı çıxış etməkdir. Hazırda komandanın vəziyyəti pis deyil. Federasiya lazımi şəraiti yaradılıb, hər şey qaydasındadır və yaxşı hazırlıq keçirik. Martın 11-də turnirin təşkil ediləcəyi Xorvatiyada olmağı planlaşdırırıq. Bu da yarış məkanına öyrəşmək və Poreçdə də təxminən 2 gün məşqlərimizi davam etdirməyə hesablanıb".

Böyük məşqçi heyətlər bəlli olduqdan sonra rəqibləri analiz edib, boksçulara ətraflı məlumat veriləcəyini vurğulayıb: "Hər şey plan üzrə getdiyi üçün səfərə böyük ümidlərlə yollanacağıq. Bildiyiniz kimi, boks yarışları digər növlərlə müqayisədə bir qədər çox çəkir. Avropa çempionatı da 11 günlük uzun marafondur. Hələlik hansı çəki dərəcələrində mübarizə aparacağımızı dəqiqləşdirməmişik. Hər şey təlim-məşq toplanışının gedişindən asılıdır. Çempionata az qalmış səfərə yollanacaq boksçularımızın adları bəlli olacaq. Əsas odur ki, hər bir idmançımız səylə çalışır və ölkə xaricində uğur qazanmaq üçün yorulmadan məşq edir".

Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq. Bir gün sonra yarışa start veriləcək. Qitənin ən güclüsünün adına isə martın 23-də aydınlıq gələcək.

Paylaş

Xəbər lenti

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular Bu gün, 11:48 Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı Bu gün, 11:48 Nizami City-də təmirli mənzil kampaniyası başladı:  Məhdud sayda mənzil Bu gün, 11:48 Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub - RƏSMİ Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, bəyanat qəbul ediləcək Bu gün, 11:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Prezident İlham Əliyev Laosa səfərə dəvət edilib Bu gün, 11:48 İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib Bu gün, 11:48 Azərbaycanın Aİ-98 benzini aldığı ölkələr – SİYAHI Bu gün, 11:48 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı Bu gün, 11:48 Çin krossoveri Böyük Britaniyada satışların zirvəsinə yüksəldi! Bu gün, 10:48 ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 milyard manatı ötüb Bu gün, 10:48 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..." Bu gün, 10:48 Əli Kərimlinin məhkəməsi başlayır Bu gün, 10:48 Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU Bu gün, 10:48 "Neftçi" XXI əsrdə ilk 10 tur üçün qol rekordunu yeniləyib Bu gün, 10:48 Blok3 reklama çəkilmək üçün 100 milyon istədi Bu gün, 10:48 Azeri Light nefti kəskin ucuzlaşıb: Qiyməti 116 dollara düşüb Bu gün, 10:48 Gürcüstan-Azərbaycan sərhədində əməliyyat - 433 mobil telefon aşkarlandı Bu gün, 10:48 Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar Bu gün, 09:48 Qaradağda yeni körpülərin sayı 5-ə çatıb, onlardan 3-ü Qobustandadır Bu gün, 09:48 Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - QİYMƏTLƏR Bu gün, 09:48 Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 09:48 UEFA Çempionlar Liqasında IV turun həyəcanı başlayır: Bu gün 9 oyun keçiriləcək Bu gün, 09:48 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü Bu gün, 09:48 Rusiya və Ukrayna arasında yeni danışıqlar: Tarix və məkan açıqlanıb Bu gün, 09:48 18 yaşlı müştəri kafe sahibini bıçaqladı Bu gün, 09:48 Kanadada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ Bu gün, 08:48 Hesaba görə başlayan mübahisə qanla bitdi Bu gün, 08:48 Bu rayonlarda işıq olmayacaq - Siyahı Bu gün, 08:48 Müctəba Xameneinin olduğu yer niyə gizli saxlanılır? Bu gün, 08:48 Bərdədə qadın evində ölü tapıldı Bu gün, 08:48 Rusiyada erməniəsilli iş adamının arvadını və qızını qəddarlıqla öldürən şəxsə hökm oxundu Dünən, 23:48 Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb Dünən, 23:48 Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib Dünən, 23:48 Avropa ölkələrində supermarketlərə kiberhücum: Milyonlarla avroluq ərzaq korlandı Dünən, 23:48 Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib Dünən, 23:48 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var Dünən, 22:48 Sabah Bakının bir çox ərazilərində işıq kəsiləcək Dünən, 22:48 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır Dünən, 22:48 Darçın qan şəkərinin səviyyəsinə necə təsir edir? - VACİB TÖVSİYƏ Dünən, 22:48 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir Dünən, 22:48 Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib Dünən, 21:48 Samir Şərifov: Orta Dəhlizin inkişafı regional inteqrasiyaya töhfə verir Dünən, 21:48 Kamara Usman: "Volkanovski tarixdəki ən yaxşı yarım yüngül çəkili döyüşçüdür" Dünən, 21:48 Azərbaycan taekvondoçusu Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR