
Göygöl rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, "VAZ-21021" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1997-ci il təvəllüdlü Haxoy Hacıyev aldığı xəsarətdən dünyasını dəyişib.
Daha iki nəfər - 1982-ci il təvəllüdlü Rövşən Rəhimov və 1992-ci il təvəllüdlü Orxan Nəcəfov xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.