9-03-2022, 16:04 965

Qurban Qurbanovun adı dünya “feyr-pley” siyahısında

Futbol tarixində “feyr-pley”ə layiq hərəkətlər araşdırılıb.

Avesta xəbər verir ki, 8 belə jestə yer verilib və onlar arasında Azərbaycan təmsilçisi də var.

Bu mövsüm Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Marsel”ə vurduğu qolun baş məşqçi Qurban Qurbanovun müdaxiləsindən sonra ləğv olunması ən ədalətli jestlər sırasına düşüb. Bakıdakı görüşün birinci hissəsində cinah ötürməsini İbrahima Vadji qapıdan keçirib və baş hakim qolu qeydə alıb. Forvard topu əllə vurduğunu bildirməsə də, yalnız Qurbanovun məsləhətindən sonra hakimə gerçəyi deyib və qol ləğv edilib.

Seçilən digər 7 “feyr-pley” hərəkəti bunlardır:

Miroslav Kloze (“Latsio”) – rəqib “Napoli”
2012-ci il. Kornerdən ötürmədən sonra topu əllə qapıdan keçirdiyini hakimə bildirərək qolu ləğv etdirib.

Morten Viqhorst (Danimarka) – rəqib İran
2003-cü il. Rəqib müdafiəçinin matçın bitdiyini zənn edib topu cərimə meydanı daxilində əlinə götürdüyü üçün təyin olunan penaltini kənara vurub.

Erik Myölde (“Brann”) – rəqib “Lilleström”
2012-ci il. Futbolçu zədələndiyi üçün dayandırılan oyunun bərpası zamanı “Brann”ın kapitanı Erik Myöldenin rəqibə ötürdüyü top qapıçının irəlidə olması səbəbindən tora daxil olub. Kapitanın komanda yoldaşlarına göstərişindən sonra “Lillestrom”un oyunçusu topu mərkəzdən başlayaraq heç kim maneçilik törətmədən qapıdan keçirib.

Marselo Byelsa (“Lids”) – rəqib “Aston Villa”
2020-ci il. “Aston Villa”nın oyunçusunun mərkəzdə zədələnməsinə baxmayaraq, oyunu davam etdirən “Lids” futbolçuları qol vurublar. Nəticədə iki komanda arasında dava-dalaş düşüb. Məsələyə müdaxilə edən Byelsa rəqibin qol vurmasına mane olmamalarını oyunçularına tapşırıb.

Arsen Venqer (“Arsenal”) – rəqib “Şeffild Yunayted”
1999-cu il. “Şeffild Yunayted”in oyunçusu zədələndiyi üçün qapıçı topu kənara vurub. Ancaq topu meydana daxil edilən “Arsenal” futbolçuları onu rəqibə vermək əvəzinə anidən hücuma atılaraq qol vurub. Bu sayədə “topçular” ölkə kubokunda mərhələ adlayıb. Lakin qarşılaşmadan sonra Arsen Venqer mübahisəli qolun ləğvini və matçın yenidən keçirilməsini tələb edib. İngiltərə Futbol Assosiasiyası da bunu qəbul edib.

Daniele De Rossi (“Roma”) – rəqib “Messina”
2006-cı il. Cərimə zərbəsindən sonra topu əllə qapıdan keçirdiyini hakimə bildirərək qolu ləğv etdirib.

Paolo Di Kanio (“Everton”) – rəqib “Vest Hem”
2000-ci il. Rəqib qapıçı zədələndiyi üçün cinah ötürməsindən sonra topu boş qapıdan keçirmək imkanı olduğu halda onu əli ilə tutaraq qolkiperə tərəf irəliləyib.

Paylaş

Xəbər lenti

Bakıda 53 nömrəli tam orta məktəbdə vahid məktəbli geyimi ilə bağlı qərarın icrasına nəzarət olunur Bu gün, 12:48 Dənizkənarı bulvarda Çay Festivalı Bu gün, 12:48 Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 12:48 Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik Bu gün, 12:48 Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu Bu gün, 12:48 İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub Bu gün, 12:48 Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir Bu gün, 12:48 Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır Bu gün, 12:48 Müxtəlif infeksiyalar SÜRƏTLƏ YAYILIR - Tanınmış professor danışdı Bu gün, 12:48 "Real Madrid" 16 yaşlı hücumçusunu transfer etməyə yaxındır Bu gün, 12:48 Çexiyalı nazir: "Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik" Bu gün, 12:48 Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi: 72 nəfər ölüb Bu gün, 12:48 Azərbaycanla Kamboca arasında üç sənəd mübadilə olunub Bu gün, 12:48 Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir Bu gün, 11:48 İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub Bu gün, 11:48 14 yaşlı qız faciəvi şəkildə öldü Bu gün, 11:48 Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra vəzifəli şəxslər cəzalandırılıb Bu gün, 11:48 Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib Bu gün, 11:48 AFFA-nın yeni layihələri ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Bu rayonun küçə və prospektləri TƏMİR OLUNACAQ Bu gün, 11:48 İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:48 Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib Bu gün, 11:48 Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır Bu gün, 11:48 iPhone-da mobil internet sərfiyyatını azaltmağın yolu açıqlanıb Bu gün, 11:48 Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər Bu gün, 11:48 ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək Bu gün, 10:48 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü Bu gün, 10:48 Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək Bu gün, 10:48 Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub Bu gün, 10:48 Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda... Bu gün, 10:48 İşçilərinin soyuqda işə gəlməsinə ürəyi dözməyən müdir onlara BMW bağışladı Bu gün, 10:48 Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı Bu gün, 10:48 Böyük Vətən müharibəsindən səhnəyə uzanan yol: Tanınmış sovet aktyorunun həyat hekayəsi Bu gün, 09:48 Zülfiyyə Xanbabayeva: "Qızım məktəbdə oxuyanda da şagirdlərin formalarının eyni olmasını istəyirdim" Bu gün, 09:48 Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq Bu gün, 09:48 Bakıdakı dəbdəbəli toya Alessandro Safina, Murat Boz gəldi Bu gün, 09:48 Bərdədə avtomobil 71 yaşlı qadını vuraraq öldürüb Bu gün, 09:48 Dələduzluqda təqsirləndirilən sahibkar həbs edildi Bu gün, 09:48 Gəncədə 36 yaşlı kişi bıçaqlanaraq öldürüldü, daha bir nəfər xəsarət aldı Bu gün, 08:48 Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? Bu gün, 08:48 Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri regional gərginliyi müzakirə ediblər Bu gün, 08:48 "Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı Bu gün, 08:48 Hər şeyi sirr saxlayan bürclər açıqlanıb Bu gün, 00:48 Ajda Pekkan bu geyimdə yallı getdi Dünən, 23:48 Meyvə, yoxsa meyvə qurusu: Hansı daha faydalıdır? Dünən, 23:48 Payızda turistlərin ən çox getdiyi ŞƏHƏRLƏR Dünən, 23:48 Kremldən Putin və Trampın gizli danışığı ilə bağlı zarafat Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR