
Bu gün Nepalda Lobuçe yaşayış məntəqəsindən 90 km məsafədə 7 maqnitudalı zəlzələ baş verib.
“AVESTA.AZ” “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
İlkin məlumata görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.