
Ağstafada 4 nəfər dəm qazından zəhərlənib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, rayonun Dağkəsəmən kəndində 1959-cu il təvəllüdlü Təranə Məmmədova və onlara Qazax rayonundan qonaq gələn nəvələri A.Lahıcova (2013), N.Lahıcova (1991) və A.Lahıcova (2014) dəm qazından zəhərləniblər.
Zərərçəkənlər Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.