
Türkiyənin Təkirdağ şəhərinin Muradlı rayonunda fabrika işçilərini daşıyan xidməti mikroavtobusun aşması nəticəsində 25 nəfər yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə məlumat yayıb.
“Qəza saat 15:30 (Bakı vaxtı ilə 16:30 – red.) radələrində Muradlı – Böyükqarışdıran şosesində kimya zavodu yaxınlığında baş verib. İddiaya görə, <…> boyaxananın işçilərini daşıyan sərnişin mikroavtobusu yağışlar səbəbindən sürüşkən olan yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü <...> və avtobusdakı 24 işçi yaralanıb”, – agentliyin məlumatında qeyd olunub.
Bildirilib ki, məlumat əsasında hadisə yerinə altı təcili yardım və iki yanğınsöndürən maşını göndərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.