18-02-2025, 19:56 794

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

Azərbaycanın Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "Hərbi əməliyyatların hüquqi aspektləri" mövzusunda kurs keçirilir.

Bu barədə "AVESTA.AZ"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirin açılışında çıxış edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə general-mayoru Elçin Əliyev Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun son illər ərzində apardığı əməliyyatlar zamanı beynəlxalq hüququn bütün norma və prinsiplərinin qorunduğunu xüsusi qeyd edib.

General-mayor E.Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinə Beynəlxalq Humanitar Hüququn (Silahlı Münaqişələr Hüququnun) müddəalarının çatdırılması və əməl edilməsinə nəzarətin qarşıda duran prioritet vəzifələrdən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, NATO-nun mobil təlim qrupunun təlimatçıları tərəfindən keçirilən kursun əsas məqsədi Silahlı Münaqişələr Hüququnun yaranması və prinsipləri, güc tətbiq etmək üçün hüquqi çərçivə sənədi, sülhə dəstək əməliyyatlarının hüquqi aspektləri, əməliyyatlarda hədəf almanın hüquqi aspektləri, mülki əhalinin müdafiəsi, mədəni sərvətlərin qorunması, rəhbər heyətin məsuliyyəti, NATO missiyalarında qüvvələrin statusu və imtiyazları, həmçinin sülhməramlı əməliyyatlar zamanı beynəlxalq müqavilələr mövzularında təcrübələrin aşılanmasıdır.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təşkil edilən kursda NATO-da beynəlxalq humanitar hüququn normaları və Silahlı Münaqişə Hüququ üzrə nəzəri biliklərin, o cümlədən xidməti fəaliyyətlər zamanı tətbiqi imkanlarının aşılanması ilə bağlı müxtəlif mövzular tədris ediləcək.

Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək.

Paylaş

Xəbər lenti

Bakıdan Daşkəndə uzanan qardaşlıq yolu: Azərbaycan–Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - ŞƏRH Bu gün, 16:48 Zelenski İlham Əliyevə təşəkkür edib, Azərbaycanın dəstəyini qeyd edib Bu gün, 16:48 Azercell qadınları dəstəkləyən müsabiqə elan edir Bu gün, 16:48 Kərim Vəliyev pakistanlı həmkarı ilə hərbi təhsillə bağlı müzakirələr aparıb Bu gün, 16:48 Eldar Hacıbalayev vəzifəsindən azad edildi Bu gün, 16:48 Bakıda gecə klubunda baş verən yanğın söndürülüb Bu gün, 16:48 Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib Bu gün, 16:48 Bakıda uşaq əyləncə mərkəzi Moka Land-də "1+1" aksiyası – ikinci uşaq pulsuz Bu gün, 16:48 İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM Bu gün, 16:48 "Azəripək" "Azərxalça"ya birləşdirilib Bu gün, 16:48 Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir Bu gün, 16:48 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb Bu gün, 15:48 AQTA: 158 kq uyğunsuz dondurma məhv edilib Bu gün, 15:48 Son yeddi ayda 83 uşaq övladlığa verilib Bu gün, 15:48 "Qarabağ"ın zədəli futbolçularının durumu açıqlanıb, Elvin Cəfərquliyev əməliyyat olunacaq Bu gün, 15:48 Təhsil müəssisələrində çalışmaq istəyənlərin NƏZƏRİNƏ: İşə qəbul müsabiqəsinə start verilir Bu gün, 15:48 Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib Bu gün, 15:48 Ötən il Azərbaycanda 481 körpə ölü doğulub Bu gün, 15:48 Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb Bu gün, 15:48 Bu tarixlərdə temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Xalq artisti Tofiq Bakıxanov dəfn olunub Bu gün, 14:48 Xocavəndə qayıdan ailələrə mənzillərinin açarları təqdim edilib Bu gün, 14:48 Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram Bu gün, 14:48 Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ Bu gün, 14:48 Vətəndaşların adlarına saxta şirkətlər açaraq milyonlar mənimsəyən dəstənin məhkəməsi başlayıb Bu gün, 14:48 Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb Bu gün, 14:48 Bakı–Ağstafa qatarlarında yenilik Bu gün, 14:48 Emin İskəndərov: "Dünya çempionatında qızıl və gümüş medal qazanmaq böyük nəticədir" Bu gün, 14:48 7/24 hərəkətdə olan Jeacoo J8 artıq 19 900 km qət edib! Bu gün, 13:48 Adil Kərimli: "Azərbaycan və dünya mədəniyyəti böyük itki ilə üzləşib" Bu gün, 13:48 Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi başa çatıb Bu gün, 13:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələr 17 milyon manatdan çox rüsumdan azadolma əldə edib Bu gün, 13:48 "Qarabağ" "Tvente" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib Bu gün, 13:48 Mərhum Xalq artistinin abidəsi adi olmayacaq Bu gün, 13:48 Sumqayıt Musiqi Kollecinin yeni direktoru kollektivə təqdim olunub Bu gün, 13:48 DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb Bu gün, 13:48 Xüsusi geyim, dəbilqə: Sistern vaqonlar necə təmizlənir? Bu gün, 12:48 İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü Bu gün, 12:48 Xalq artistinin oğlu: Tofiq Bakıxanov Azərbaycan musiqisinin ən fəal təbliğatçılarından biri idi Bu gün, 12:48 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA Bu gün, 12:48 DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub Bu gün, 12:48 Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın: Xəsarət alan var Bu gün, 12:48 Azərbaycanda unikal hadisə: iki sinifin bütün şagirdləri universitetə qəbul oldu Bu gün, 12:48 Xocavənd rayonuna daha 43 ailə yola salınıb Bu gün, 12:48 Sabah Bakıda güclü külək əsəcək Bu gün, 12:48 Azərbaycanda bu pulu 250 manata alırlar Bu gün, 12:48 Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi Bu gün, 11:51 Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib Bu gün, 11:51

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR