2-03-2025, 13:48 696

Tələbə kartları ictimai nəqliyyatda da keçərli olacaq?

Bir müddət əvvəl "TələbəPlus" kartı müəyyən güzəşt və imtiyazlarla tələbələrin istifadəsinə verildi. Lakin tələbələrin bir qismi bu kartların onları qane etmədiyini bildirir, adi debet kartdan fərqlənmədiyini iddia edir. Onların əksəriyyəti mağaza və restoranlar əvəzinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını istəyirlər.

Məlumat üçün bildirək ki, bu kartın tətbiq olunduğu bir çox ölkələrdə metro, avtobus və qatar biletlərində, velosiped və skuter icarəsində tələbələrə güzəştlər tətbiq edilir.

AVESTA.AZ "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Layihəyə 300-dək yerli və xarici partnyor qoşulub"

"TələbəPlus" layihəsini həyata keçirən Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, layihə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır: "Eyni anda bir neçə funksiyanı yerinə yetirən "TələbəPlus" kartı universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 300-dək yerli və xarici partnyor qoşulub. Kart sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir".

Muzeylərdə güzəştlər nəzərdə tutulub

Qurum rəsmisi bildirir ki, Mədəniyyət Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində, həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Nəşriyyatları Assosiasiyası və "Park Bulvar AVM" ilə Əməkdaşlıq Memorandumu imzalanıb.

İctimai nəqliyyatda güzəşt tətbiq olunacaq?

İctimai nəqliyyatda endirim məsələsinə gəldikdə isə, N.Qədirova vurğulayır ki, bu, birbaşa olaraq Təhsilin İnkişafı Fondu, Elm və Təhsil Nazirliyinin səlahiyyətində olan məsələ deyil: "Müvafiq qurumlarla danışıqlar aparılır. Bu məsələ ilə bağlı yenilik olduğu təqdirdə rəsmi açıqlama veriləcək. Təhsilin İnkişafı Fondu "TələbəPlus"a daha çox tərəfdaşın qoşulması üçün öz təşəbbüsü ilə yerli və beynəlxalq şirkətlərlə gündəlik görüşlər həyata keçirir. Tələbələrin istəklərinə uyğun, xüsusilə onların aktiv istifadə etdiyi məkanlar (dəftərxana və kitab, geyim mağazaları, kinoteatr, kafe və restoranlar, təlim və sağlamlıq mərkəzləri) ilə əməkdaşlığa xüsusi önəm verilir. Bu şirkətlərlə yanaşı Fonda müraciət edən digər özəl müəssisələrin də proqrama qoşulmasında heç bir maneə yoxdur. Fond hər seqmentdən olan iaşə müəssisələrinin müraciətlərini qəbul edir. Təhsilin İnkişafı Fondu hər bir dövlət və özəl şirkət ilə bu prosesdə əməkdaşlıq etməyə açıqdır".

190 000 tələbə kartla təmin edilib

Məlumat üçün bildirək ki, əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitetdə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190 000 tələbə "TələbəPlus" kartı ilə təmin edilib. Qurumdan bildirilir ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin, təxminən 70 000 nəfərin də bu layihədən yararlanması nəzərdə tutulur.

İctimai nəqliyyatda keçərlilik olmadığı halda...

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, "TələbəPlus" kartının tətbiq olunduğu bütün ölkələrdə kartın əsas üstünlüyü onun məhz ictimai nəqliyyatda keçərlilik göstəricisidir: "Tələbə kartları dünyanın bir çox ölkəsində tələbələr üçün xüsusi imtiyazlar və güzəştlər təqdim edən vacib vasitədir. Bu kartlar əsasən tələbələrin ictimai nəqliyyatda, restoranlarda, dükanlarda və digər xidmət sahələrində endirimlərdən faydalanmalarına şərait yaradır. İnkişaf etmiş ölkələrdə vahid tələbə kartları daha çox ictimai nəqliyyat vasitələrindən istifadə zamanı tətbiq olunur. Bu kartlar vasitəsilə tələbələr ictimai nəqliyyatdan bəzi ölkələrdə tam ödənişsiz, bəzilərində isə böyük endirim faizləri ilə istifadə edirlər. Məsələn, Polşa, Macarıstan, Avstriya, İsveçrə, İsveç, Almaniya, Estoniya, ABŞ, Kanada, Yaponiya, İtaliya və s. kimi ölkələrdə oxuyan gənc soydaşlarımızın hamısı bu kartlardan razılığını qeyd edirlər. Ötən il Təhsilin İnkişafı Fondu bu məsələ ilə bağlı yeniliyi ictimaiyyətə çatdırdı. Biz də bunu xüsusi sevinclə qarşıladıq. Hətta bu barədə təhlil və açıqlamalarımızda yalnız pozitiv məqamlara diqqət çəkdik. Amma kartın üstünlükləri həmin kartı tanıyan şirkət, şəbəkə və xidmətlərin kəmiyyət və keyfiyyətindədir. Azərbaycanda ictimai nəqliyyatda keçərlilik olmadığı halda tələbələrimizin "TələbəPlus" kartını sevməsi çox da inandırıcı görünmür".

"Keyfiyyət göstəricilərinin artırılmasına ehtiyac var"

E.Nuri vurğulayır ki, "TələbəPlus" hər bir halda müsbət layihədir: "Bir çox tələbələrin sosial şəbəkələrdə kartla bağlı fikirlərinin tam da müsbət olmadığını görürük. Amma ən azından bu kart tələbə bileti ilə endirim kartını, təqaüd kartını birləşdirən vahid sənəd kimi çox vacibdir. Keyfiyyət göstəricilərinin artırılmasına isə təbii ki, xüsusi ehtiyac var".

Həmsöhbətimiz vurğulayır ki, dünyada tələbə kartları ictimai nəqliyyatda güzəştlər, xidmət sahələrində xüsusi endirimlər, sosial dəstək üzrə qruplaşdırılır: "Bizdə tətbiq olunan tələbə kartlarında xidmət sahələrində endirim aktivdir. Buna görə tərəfdaşlara və təşkilatçılara təşəkkür edirik".

Paylaş

Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 14:48 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı Bu gün, 14:48 Türkiyə DİN: Zəfərin mübarək olsun, can Azərbaycan Bu gün, 14:48 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır Bu gün, 14:48 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" Bu gün, 14:48 Elçin Quliyev Zəfər Günü ilə bağlı DSX-nin şəxsi heyətini təbrik edib Bu gün, 14:48 Lənkəranda ilk dəfə AFFA U-12 Qızlar Liqasına start verilib Bu gün, 14:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır Bu gün, 14:48 Şəmkirdə ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb Bu gün, 14:48 Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq" Bu gün, 13:48 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar" Bu gün, 13:48 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" Bu gün, 13:48 Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! Bu gün, 13:48 Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 13:48 Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib Bu gün, 13:48 249 saylı bağçada işə gəlməyənlərə maaş hesablanaraq mənimsənilib? Bu gün, 13:48 Ukrayna səfiri: Azərbaycanın Zəfər Günü ədalətin təntənəsini simvolizə edir Bu gün, 13:48 Emrah Azərbaycan xalqının Zəfər Gününü təbrik etdi Bu gün, 13:48 Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 13:48 Azərbaycanın futzal millisi bu gün Latviya ilə üz-üzə gələcək Bu gün, 12:48 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" Bu gün, 12:48 İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi Bu gün, 12:48 Zakir Həsənov və Kərim Vəliyevin qucağındakı əkizlərin kimliyi məlum olub Bu gün, 12:48 Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb Bu gün, 12:48 Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür Bu gün, 12:48 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir Bu gün, 12:48 Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub Bu gün, 12:48 "Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video Bu gün, 12:48 Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq Bu gün, 12:48 Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" Bu gün, 12:48 Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib Bu gün, 11:48 Pakistanın Baş naziri 8 Noyabrı Azərbaycan xalqının cəsarətinin tarixi sübutu hesab edir Bu gün, 11:48 8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü Bu gün, 11:48 Kamran Əliyev və prokurorluğun rəhbər heyəti Zəfər Tağını ziyarət edib Bu gün, 11:48 Rəşad Nəbiyev: Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının təntənəsidir Bu gün, 11:48 Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır" Bu gün, 11:48 Bakıda 166 saylı avtobus tüstülədi - Sərnişinlər yolda qaldı Bu gün, 11:48 Dağlara qar yağdı - Faktiki hava Bu gün, 11:48 Şəmkirdə avtomobil ağaca çırpılıb: Ölən və xəsarət alanlar var Bu gün, 10:48 Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar Bu gün, 10:48 Pərviz Şahbazov: Böyük güclərin müqaviməti fonunda qazanılan Zəfər dünyada yeni presedent yaradıb Bu gün, 10:48 Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq Bu gün, 10:48 Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı Bu gün, 10:48 Zəfər Günü münasibətilə Rustavidə Heydər Əliyevin abidəsi ziyarət olunub Bu gün, 10:48 Allahşükür Paşazadə və digər dini konfessiyaların nümayəndələri Zəfər Tağını ziyarət ediblər Bu gün, 10:48 Polşada bu səbəbdən iki günlük matəm elan edildi Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR