14-03-2025, 16:48 379

Azərbaycanda sosial təminatla bağlı vəziyyət açıqlanıb

Bu il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1098,3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1096,0 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Qeyd olunub ki, həmin şəxslərin 64,3 faizi yaşa, 23,2 faizi əlilliyə, 12,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artaraq 496,6 manat təşkil etmiş və orta aylıq əmək- haqqının 49,2 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli sərəncamına əsasən bu ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.

"Əmək pensiyaları haqqında" qanunda edilən müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14,3 faiz artırılaraq bu ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 156,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 143,7 min) nəfər, əlilliyə görə - 42,6 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 218,4 min (müvafiq olaraq 47,0 min və 217,7 min) nəfər, ailə başçısını itirməyə görə - 56,4 min (57,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,2 min (23,4 min) nəfər olub.

Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 163 nəfər qəyyumuna aylıq müavinət verilib.

Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4,4 min ailəsinə 6,4 min uşaq üçün aylıq müavinət verilib.

Bundan əlavə, 2376 nəfər bir yaşınadək uşağı olan 2308 aztəminatlı ailəyə, övladlığa götürülən və himayədar ailəyə verilmiş, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 42 uşağa görə 40 ailəyə və beşdən çox uşağı olan 2,8 min qadına 12,3 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 285 şəxsə isə kompensasiya verilib.

Keçən il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 43,2 min ailəyə 45,1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,8 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,8 min nəfərə birdəfəlik müavinətlər verilib.

Bu il yanvarın 1-i vəziyyətinə 76 min aztəminatlı ailənin 334,5 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 107,5 manat təşkil edib.

Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 401,4 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub.

Paylaş

Xəbər lenti

Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Bu gün, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Bu gün, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Bu gün, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Bu gün, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Bu gün, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Bu gün, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Bu gün, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Bu gün, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Bu gün, 20:48 Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı XƏBƏRDARLIQ Bu gün, 20:48 Coşqun Əliyev qızıl medal qazanıb Bu gün, 20:48 Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Bu gün, 19:48 Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir? Bu gün, 19:48 Məşhur aktrisa dördüncü dəfə evləndi Bu gün, 19:48 Bakıda açıq ərazidəki yanğın söndürülüb Bu gün, 19:48 Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar Bu gün, 19:48 Şirvanda qəza olub - Ölən və yaralanan var Bu gün, 19:48 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Bu gün, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Bu gün, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Bu gün, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Bu gün, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Bu gün, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Bu gün, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Bu gün, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Bu gün, 17:48 Günel Zeynalovanın başına iş gəldi - Ayağı zədələndi Bu gün, 17:48 Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb Bu gün, 17:48 İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib Bu gün, 17:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib Bu gün, 17:48 Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb Bu gün, 17:48 Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb Bu gün, 16:48 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri bu səbəbdən təxirə salındı Bu gün, 16:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib Bu gün, 16:48 Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi Bu gün, 16:48 "Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram" Bu gün, 16:48 39 yaşlı Kerem Bürsin əməliyyat olundu Bu gün, 16:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı Bu gün, 16:48 "Çelsi"nin ulduzu "Mançester Siti"yə "hə" dedi Bu gün, 16:48 11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ Bu gün, 15:48 Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır Bu gün, 15:48 Silvestr Stallonenin 30 yaşlı qızı nişanlandı Bu gün, 15:48 XƏBƏRDARLIQ: Bu tarixlərdə hava dəyişəcək Bu gün, 15:48 UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi açıqlanıb Bu gün, 15:48 Sitalçayda qatar minik avtomobili ilə toqquşdu Bu gün, 15:48 Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub Bu gün, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb Bu gün, 14:48 Bakıda fərdi yaşayış evi yandı Bu gün, 14:48 Ötən gün borclu şəxs qismində axtarışda olan 135 nəfər saxlanılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR