
Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, martın 17-dən etibarən 17 və 24 nömrəli marşrutların hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AVESTA.AZ-ə verilən məlumata görə, 17 nömrəli marşrutun hərəkət istiqaməti aşağıdakı kimi dəyişdiriləcək:
24 nömrəli marşrutun hərəkət istiqaməti isə belə olacaq:
Agentlikdən bildirilib ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və yenidənqurma işləri başa çatdıqdan sonra marşrutlar əvvəlki hərəkət sxeminə qaytarılacaq. Sərnişinlərdən xahiş olunur ki, marşrutların yeni hərəkət sxeminə uyğun olaraq səyahətlərini planlaşdırsınlar və mümkün narahatlığa görə üzr istəyirik.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.