7-04-2025, 10:48 699

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi tapşırığa uyğun olaraq, 2030-cu ilə qədər Bakıda 10 yeni metro stansiyası tikilməlidir.

BAKU.WS xəbər verir ki, bu stansiyalar Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafına, eləcə də şəhərdə tıxac probleminin, avtobus nəqliyyatını metro ilə uzlaşdırmaq kimi mühüm məsələlərin həllinə xidmət göstərəcək. 

Prezident İlham Əliyev, həmçinin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd edib ki, son 30 il ərzində Azərbaycan əhalisinin sayı 10 milyonu keçib. Vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artıma uyğun deyil. 

Yanvarın 30-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. Qəbul edilmiş Dövlət Proqramında yeni 10 stansiyanın, "İçərişəhər" stansiyasında keçid kamerasının inşası, Qırmızı və Yaşıl xətlərin ayrılması, 2 elektrik deposunun tikintisinin tamamlanması, enerji sisteminin etibarlığının artırılması və s. mühüm məsələlər nəzərdə tutulur. Plana uyğun olaraq, Bənövşəyi xətdə 6, Yaşıl xətdə isə 4 stansiya inşa ediləcək.

Bakı metropoliteninin genişləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində xətlərin ayrılması mühüm vəzifələrdən biridir. Bu mürəkkəb layihənin icrası geniş spektrli və irihəcmli məsələlərinhəllini özündə birləşdirir.

Nəticədə, metropolitenin inkişafı mövcud infrastruktur problemlərinin mərhələli şəkildə aradan qaldırılması vəsərnişinlərə xidmət keyfiyyətinin artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Həmçinin paytaxtda mobillik planının həyata keçirilməsini sürətləndirəcək və metropolitenin ictimai sərnişindaşıma nəqliyyatısistemindəki rolunu daha da artıracaq. 

İşlərə nə vaxt başlanılacaq və hansı işlər görüləcək?

"28 May" stansiyasında kəsişərək birləşən Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına cari ildə başlanacaq. Bu xətlərin müstəqil olması hər birinin öz infrastrukturu çərçivəsində fəaliyyətinin, idarəetmə prinsiplərinin, sərnişindaşıma xidmətinin və texniki quruculuğunun daha səmərəli və keyfiyyətli təşkilinə imkan yaradacaq.

200 m tunel

Tədbirlərə "28 May" stansiyası yaxınlığında qazıntı işləri ilə başlanacaq. Ərazinin ağır geoloji quruluşa malik olması səbəbindən ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək. Bu işlər "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelininşası ilə tamamlanacaq. Həmin müddət ərzində geoloji təsirlər nəticəsində "Nizami" stansiyası istiqamətində tunel geyimində meydana gəlmiş və yol mənzilində qatarların sürət həddinin aşağı salınmasına səbəb olan texniki çatışmazlıqlar da aradan qaldırılacaq.

İki stansiya arasında keçid

Layihə çərçivəsində "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına daha bir keçid tikiləcək. Bu isə sərnişin axını gur olan "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına və əksinə sərnişin axınınınparçalanmasına və hərəkətin daha intensiv tənzimlənməsinə, təhlükəsizliyin daha da artırılmasına əsaslı şəkildə təsir göstərəcək. Qeyd edək ki, layihənin icrası, sadəcə, tunelin və keçidin tikintisi ilə məhdudlaşmır.

"Dərnəgül" elektrik deposu

Mürəkkəb və kompleks tədbirlərin tərkib hissəsinə xətlərin fəaliyyətini və idarəetməsini təmin edən əsas infrastruktur layihələrinin həlli də daxildir. Dünya praktikasında olduğu kimi, qatarlara qulluq, xidmət, təmir, tunel, yol hərəkəti və digər mühüm sahələrin işinin təşkili, texniki məsələlərin həlli baxımından hər xəttin özünün deposu olmalıdır. Hazırda Bakı metropoliteninin 3 xəttinin 2 elektrik deposu fəaliyyət göstərir. Bənövşəyi xəttə xidmət göstərən "Xocəsən" elektrik deposunun inşası birinci mərhələdə başa çatdırılıb. Qarşıdakı müddətdə xəttin yeni stansiyaları istifadəyə verilərkən, qatarlara xidmət və təmir, eləcə də baxış-qulluq sahələri yaradılmalı və infrastrukturun tam fəaliyyəti təmin edilməlidir.

Qırmızı və Yaşıl xətlərə yalnız bir - "Nərimanov" elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir. Bu və digər səbəblər nəzərə alınaraq, Yaşıl xəttin "Dərnəgül" elektrik deposunun inşası bərpa edilir. Bu depoda müxtəlif sahələrin əsas idarəetməsini özündə birləşdirən inzibati bina ilə yanaşı, texniki infrastrukturun fəaliyyətini təmin edən xidməti sahələr də yaradılacaq. Qatarların gecələməsi, təmir xidməti, qulluğun göstərilməsi, gecə işlərini yerinə yetirmək üçün təsərrüfat qatarları, yükləmə-boşaltma və digər funksiyalar üçün zəruri infrastruktur qurulacaq. 

Elektrik yarımstansiyaları

Silsilə tədbirlər sırasında enerji təhlükəsizliyi mühüm yer tutur. Xətlərin elektrik təchizatının müasir standartlar səviyyəsində qurulması, xüsusilə qatarların hərəkətini təmin edən dartı hissəsinin hər bir xətt üzrə təmin edilməsi məqsədilə "Nizami" və "Cəfər Cabbarlı" stansiyaları yaxınlığında iki yeni yarımstansiya inşa ediləcək. Bu işlərin görülməsi hər bir xəttin təhlükəsiz enerji təminatına zəmin yaradacaq. Xətlər ayrıldıqdan sonra Qırmızı xətt üzrə ən minimal intervallar təmin olunacaq, həm də qatarların sayının artırılması lazım gələcək. Hərəkətin intensivliyi enerji tələbatını da artıracaq. Qatarların yenilənməsi prosesi innovasiyalar baxımından sonuncu nəsil vaqonları ilə aparılır. Yeni nəsil qatarların elektrik güc tələbatı isə əvvəlki nəsil analoqlarından 1,5 dəfədən çoxdur. Qeyd edilənlər elektrik enerjisinin fasiləsizliyini, etibarlığını və elektrik təchizatı məsələlərinə  yeni yanaşmanı aktuallaşdırır. Buna görə də Qırmızı xəttin 1967-ci ildən fəaliyyət göstərən 1 saylı dartı elektrik yarımstansiyasının tamamilə yenidən qurulması da zəruri və qaçılmazdır.

 

İntervalların ən minimal həddə salınması

Xətlər ayrıldıqdan sonra hər birinin effektiv fəaliyyəti, sərnişinə nümunəvi xidmətin təşkili, daha çox sərnişindaşıma qabiliyyəti və mövcud sıxlığın tənzimlənməsi optimal hərəkət qrafikinin təşkili və minimal intervalların tətbiqindən asılıdır. Hərəkətin təşkili prinsiplərinə uyğun olaraq, sonuncu stansiyalarda dalan infrastrukturu və ya dönmə kamerasının olması xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən Qırmızı xətdə hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün "İçərişəhər" stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb və müvafiq işlərin aparılması üçün ilkin tədbirlər görülür. Yaşıl xətdə də funksional fəaliyyət üçün "Xətai" stansiyasından sonra xəttin inşasının davam etdirilməsi vacibdir və nəzərdə tutulmuş 10 stansiyadan 4-ü məhz bu istiqamətdə tikiləcək. Xətlərin ayrılması layihəsi üçün mühüm olan infrastrukturun şərti adı "Y-15" olan stansiyadır. Bu səbəbdən konseptual inkişaf sxemində nəzərdə tutulmuş inşaat işləri müvafiq dalan infrastrukturu ilə təmin edilməsi nəzərdə tutulan "Y-15" stansiyasından başlanaraq, "Xətai" stansiyası istiqamətində aparılacaq. Bu inşaat sahəsində 8 Noyabr prospektində Nizami Gəncəvi parkının yaxınlığında yerləşən şərti adı "Y-14" olan stansiyanın inşası da tamamlanmalıdır.

Yekun nəticədə sərnişin nə qazanacaq?

Qeyd olunan işlərin mərhələli şəkildə tamamlanması paytaxtda nəqliyyat infrastrukturunun inkişafı, tıxacların azaldılması, ictimai sərnişindaşıma sektorunun səmərəli, effektiv fəaliyyəti, fərdi avtomobillərdən imtinaya gətirib çıxaracaq. Şəhər mərkəzində ictimai nəqliyyatın üstünlüyü, eyni zamanda, mikromobilliyin daha sürətli inkişafına xüsusi təkan verəcək. Mobillik proqramının uğurla tamamlanması və onun ən qənaətbəxş modelinin qurulması həm də şəhərətrafı yaşayış və sənaye sahələrinin, eləcə də böyüyən şəhər və qəsəbələrə doğru nəqliyyat infrastrukturunun optimallaşması istiqamətində ən mühüm addımlardan biridir.

Yaşıl və Qırmızı xətlərin müstəqil infrastrukturu qurulmaqla, hər birinin optimal hərəkət qrafiki olacaq və bu xətlərdə daha dayanıqlı, daha təhlükəsiz hərəkət təmin ediləcək. İntervallar mümkün ən minimum həddə çatdırılacaq. 

Bakı metropolitenində sərnişinlərin təhlükəsiz hərəkəti, rahatlığı və məmnunluğu əsas hədəfdir.

Yeniləşmə tədbirləri sayəsində daha çox sərnişin daşınması və sərnişin axınının optimallaşdırılması üçün  geniş imkanlaryaranacaq. Görüləcək işlər, Yaşıl və Qırmızı xətlər üzrə, "28 May-Cəfər Cabbarlı" keçid qovşağında sərnişinlərin paylanmasına, bölünməsinə təsir edəcək və "28 May" stansiyasının sərnişin yükü normaya salınacaq. 

Qeyd edilən layihələrin Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtın yerüstü ictimai nəqliyyat və mübadilə mərkəzləri ilə əlaqəli şəkildə təşkil olunacağını nəzərə alsaq, nəticədə şəhərin sərnişindaşıma dinamikası və mobillik planı əsaslı şəkildə sürətlənəcək.

Paylaş

Xəbər lenti

Vladislav Bıkov 72 yaşında vəfat etdi Bu gün, 15:48 Həbsxanada İmamoğlu ilə Sibel Canın sevgilisi arasında QALMAQAL YAŞANDI Bu gün, 15:48 Qətərdən ABŞ və İran danışıqları ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 15:48 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi Bu gün, 15:48 "Yelo Bank" reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu Bu gün, 15:48 Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı" Bu gün, 15:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi Bu gün, 15:48 Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım Bu gün, 15:48 Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb Bu gün, 15:48 Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı? Bu gün, 15:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib Bu gün, 14:48 UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək Bu gün, 14:48 Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika Bu gün, 14:48 Zakir Həsənov generallarla təlimi izlədi Bu gün, 14:48 Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi Bu gün, 14:48 "Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü Bu gün, 14:48 Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib Bu gün, 14:48 MKA "WhatsApp"da yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların ADLARI Bu gün, 13:48 Bakıda və Abşeronda müşahidə olunan dumanlı havanın SƏBƏBİ AÇIQLANDI Bu gün, 13:48 Şəmkirdə 13 il əvvəl törədilən amansız qətlin üstü açıldı: Şübhəli şəxs məhkəmə qarşısında Bu gün, 13:48 AFFA futbolçunun adına görə "Qarabağ"ı cərimələdi Bu gün, 13:48 Leyla Şıxlinskayanın 55 ildən sonra "Gün keçdi" ilə bağlı arzusu Bu gün, 13:48 Gürcüstan 101 əcnəbini ölkədən deportasiya edib Bu gün, 13:48 Üçüncü övladı doğulan 45 yaşlı Natali: "Bu kiçik insan qarşısında... " Bu gün, 13:48 Dövlət sərhədində bir ayda 472 kiloqram narkotik aşkarlanıb Bu gün, 13:48 Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk uşaq ölümü qeydə alınıb Bu gün, 13:48 Mütəxəssis 20 il ömürdən məhrum edən xəstəlik barədə xəbərdarlıq etdi Bu gün, 13:48 Harri Keyn tənqidlərə münasibət bildirdi Bu gün, 12:48 Zakir Həsənov: Ali Baş Komandan Azərbaycan Ordusunun fəaliyyətindən razıdır Bu gün, 12:48 Əli Kərimlinin məhkəməsi başlayıb Bu gün, 12:48 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" Bu gün, 12:48 Yol kənarında kabel od tutub YANDI Bu gün, 12:48 Azərbaycanın yeni Ombudsmanı SEÇİLDİ Bu gün, 12:48 Kriştianu Ronaldonun oğlu Portuqaliya millisinin U-17 komandasına dəvət alıb Bu gün, 12:48 Azərbaycanlılarının pulunu talayan beynəlxalq şəbəkənin "Call center"inə zərbə vuruldu Bu gün, 12:48 Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Amerikalı milyonçu ailəsi ilə birlikdə təyyarə qəzasında həlak oldu Bu gün, 12:48 ABŞ-nin strateji neft ehtiyatları 44 ildən sonra ən aşağı səviyyəyə düşdü Bu gün, 12:48 Məşhur televiziya aparıcısının beynindən şiş çıxarılıb Bu gün, 12:48 Səbinə Əliyeva əsas hədəflərini açıqladı Bu gün, 12:48 İran ABŞ-yə xəbərdarlıq etdi: "Müharibə regionla məhdudlaşmayacaq" Bu gün, 12:48 Baku Steel Company "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir Bu gün, 12:48 Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular Bu gün, 11:48 Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı Bu gün, 11:48 Nizami City-də təmirli mənzil kampaniyası başladı:  Məhdud sayda mənzil Bu gün, 11:48 Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub - RƏSMİ Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR